main-post-cover

    OpenAI 5$ dəyərində ChatGPT Go tarifini işə salıb

    Proqram Təminatı
    19.08.2025
    Emil Nəcəfov
         OpenAI Hindistanda yeni abunə tarifi olan ChatGPT Go-nu istifadəyə verib. Bu abunəlik tarifi ayda 399 rupi (təxminən 4.6$) təşkil edir ki, bu da mövcud Plus planından (23$) 5 dəfə ucuzdur. Təklif, çat, şəkil generasiyası və fayl emalı üzrə bir qədər genişləndirilmiş funksiyalara ehtiyac duyan, lakin sərfəli qiymətə üstünlük verən istifadəçilər üçün nəzərdə tutulub. Hindistanın UPI (Unified Payments Interface) adlı ödəniş sistemi ilə ödənişlər indi yeni tarif də daxil olmaqla bütün planlar üçün dəstəklənir. Məlumata görə, OpenAI-nin vitse-prezidenti və ChatGPT rəhbəri Nick Turley bildirib ki, ChatGPT Go abunəliyi pulsuz versiya ilə müqayisədə limitləri 10 dəfə artırır. İstifadəçilər daha çox mesaj göndərə, daha çox şəkil generasiya edə və daha çox fayl yükləyə biləcəklər.
         Bundan əlavə, yaddaş funksiyası təkmilləşdirilib, bu da çat-botun daha fərdiləşdirilmiş cavablar verməsinə imkan yaradır. Turley qeyd edib ki, qiymətin aşağı salınması istifadəçilərin əsas istəklərindən biri idi və Hindistan yeni tarifi test edən ilk ölkə olub. Gələcəkdə bu tarifin digər regionlara da genişləndirilməsi mümkündür. Əvvəllər süni intellekt sahəsində yeni məhsullar haqqında məlumat sızdırmaları ilə tanınan mühəndis Tibor Blaho, bu tarifin təqdim olunacağını proqnozlaşdırmışdı. Hal-hazırda OpenAI bu tarifin istifadəsini yalnız Hindistan ilə məhdudlaşdırsa da, dəstək səhifəsində qeyd olunur ki, coğrafiyanın genişləndirilməsi üzərində iş aparılır. Hindistan, OpenAI üçün strateji baxımdan mühüm bazardır. Şirkətin baş direktoru Sam Altman bir podkastda Hindistanı OpenAI-nin ikinci ən böyük bazarı kimi qeyd etmişdi.
         AppFigures analitiklərinin məlumatına görə, son 90 gün ərzində ölkədə ChatGPT tətbiqi 29 milyondan çox yüklənib və bu, onu qlobal miqyasda quraşdırma sayına görə liderə çevirib. Lakin monetizasiya səviyyəsi hələ də aşağıdır: həmin dövrdə gəlirlər cəmi 3.6 milyon dollar təşkil edib. ChatGPT Go tarifinin istifadəyə verilməsi, daha əlçatan qiymət vasitəsilə ödənişli abunəçilərin sayını artırmağa yönəlib. Digər süni intellekt şirkətləri də Hindistan istifadəçiləri ilə fəal şəkildə işləyirlər. Keçən ay Perplexity mobil operator Airtel ilə birlikdə Pro abunəliklərini pulsuz təqdim etməyə başladı, Google isə tələbələrə 1 il müddətinə süni intellekt alətlərinə pulsuz giriş imkanı təklif etdi. OpenAI hələlik pulsuz tariflər təqdim etmir, lakin qiymətlərin yerli şəraitə uyğunlaşdırılması ödənişli abunəliklərə keçid nisbətini artıra bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI GPT-5-in "xasiyyətini" bir qədər yumşaldıb
    openai-gpt-5-in-xasiyyetini-bir-qeder-yumsaldib
    Sam Altman OpenAI-nin perspektivlərindən və digər mövzulardan danışıb
    sam-altman-openai-nin-perspektivlerinden-ve-diger-movzulardan-danisib
    Sam Altman süni intellekt sahəsini balon adlandırıb
    sam-altman-suni-intellekt-sahesini-balon-adlandirib
    OpenAI ChatGPT tətbiqi vasitəsilə 2 milyard dollar gəlir əldə edib
    openai-chatgpt-tetbiqi-vasitesile-2-milyard-dollar-gelir-elde-edib
    Korporativ müştərilər GPT-5-dən məmnundurlar
    korporativ-musteriler-gpt-5-den-memnundurlar