main-post-cover

    OpenAI-nin top meneceri ChatGPT-də potensial reklam elanlarından danışıb

    Proqram Təminatı
    15.08.2025
    Emil Nəcəfov
         ChatGPT-də hələ ki, daxili reklam yoxdur - lakin bu, tezliklə dəyişə bilər. OpenAI-ın çat-botu daha da monetizasiya etmək planları barədə şirkətin yüksək vəzifəli meneceri Nick Turley danışıb. O həmçinin şirkətin brend xidməti üçün pullu abunəçilərin sayını da açıqlayıb. Turley-nin sözlərinə görə, çat-botda reklam xidmətin əlavə monetizasiyası üçün mümkün variantlardan biridir. “Yaxın vaxtlarda reklam əlavə olunacaqmı?” sualına isə o, kifayət qədər ehtiyatlı cavab verib. ChatGPT bölməsinin rəhbəri iddia edir ki, bunu tamamilə istisna etmir, lakin əgər şirkət reklamı tətbiq etmək qərarına gəlsə, bu, “düşünülmüş şəkildə” ediləcək və çat-bot reklam olunan məhsulları adi cavablar arasına gizlədərək tanıtmayacaq.
        Turley həmçinin qeyd edib ki, çat-bot artıq məhsulları tövsiyə edə bilsə də, bunu brendlərin hər hansı bir müdaxiləsi olmadan edir. Onun fikrincə, gələcəkdə istifadəçilər məhsulları birbaşa çat-botla söhbət zamanı alacaqları halda, OpenAI tranzaksiyalardan pay götürməklə gəlir əldə edə bilər. Bununla belə, yüksək vəzifəli menecerin dediyinə görə, şirkət rəhbərliyi hələlik pullu abunə xidməti ilə kifayətlənir. O bildirib ki, bir neçə ay əvvəl pullu tarif istifadəçilərinin sayı 3 milyon idi, hazırda isə (2025-ci ilin avqustunda) bu rəqəm 5 milyondan artıqdır. Şirkətin məlumatına görə, ChatGPT-nin ümumi aylıq auditoriyası hazırda təxminən 700 milyon nəfərdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    GPT-5 əvvəlki modellərdən 20 dəfə daha çox enerji sərf edir
    gpt-5-evvelki-modellerden-20-defe-daha-cox-enerji-serf-edir
    Apple, Elon Musk-ın App Store ilə bağlı ittihamını təkzib edib
    apple-elon-musk-in-app-store-ile-bagli-ittihamini-tekzib-edib
    OpenAI ChatGPT-yə GPT-4o-nu geri qaytarıb
    openai-chatgpt-ye-gpt-4o-nu-geri-qaytarib
    ChatGPT ilə ünsiyyətdən sonra bir insan psixoz əldə edib
    chatgpt-ile-unsiyyetden-sonra-bir-insan-psixoz-elde-edib
    Sam Altman bir çox insanın ChatGPT-ni şəxsi psixoterapevt istifadə etməsindən narahatdır
    sam-altman-bir-cox-insanin-chatgpt-ni-sexsi-psixoterapevt-istifade-etmesinden-narahatdir