Proqram təminatı kodlarının tərtibatı üçün olan Code Llama böyük dil modeli təkmilləşdirilib
Proqram Təminatı
31.01.2024
Emil Nəcəfov
Meta şirkəti proqram təminatı kodlarının tərtibatı üçün nəzərdə tutulmuş Code Llama 70B adlı böyük dil modelini yeniləyib. Yenilənmə sayəsində sözügedən böyük dil modelinin proqram təminatı kodlarının tərtibatı mövzusunda dəqiqliyi OpenAI şirkətinin GPT-4 adlı böyük dil modelinin dəqiqliyinə çatıb. Verilmiş məlumata əsasən yenilənmiş Code Llama 70B daha çox sorğunu emal edə və daha dəqiq nəticələri sərgiləyə bilir.
Məlumatda qeyd edilib ki, yenilənmiş Code Llama 70B dil modellərinin imkanlarını yoxlamaq üçün nəzərdə tutulmuş HumanEval adlı testdə 53% nəticə sərgiləyib. Müqayisə üçün qeyd etmək lazımdır ki, GPT-3.5-də bu göstərici 48.1%, GPT-4-də isə 67% təşkil edir. Qeyd etmək lazımdır ki, Code Llama mətn formatında sorğular vasitəsilə tərtibatçılara proqram təminatı kodlarının fraqmentlərini tərtib etməyə və mövcud kodlardakı səhvləri aradan qaldırmağa yardımçı olur. Onun 70B adlı versiyası proqramlaşdırma mövzusunda 1 TB həcmli məlumatlar bazası əsasında təlimatlandırılıb. O, elmi tədqiqatlar və biznes üçün pulsuz şəkildə təqdim olunur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Instagram və Facebook-un azyaşlı istifadəçiləri ilə bağlı yeni məhdudlaşdırıcı tədbir görülüb
Instagram və Facebook-un azyaşlı istifadəçiləri ilə bağlı yeni məhdudlaşdırıcı tədbir görülüb
Meta şirkəti Facebook və Instagram-ın yetkinlik yaşına çatmamış istifadəçiləri üçün yeni məhdudiyyətin işə salındığını elan edib.
Meta şirkətinin bazar dəyəri 1 trilyon dollara yüksəlib
Meta şirkətinin bazar dəyəri 1 trilyon dollara yüksəlib
Dünən birjadakı səhm satışları zamanı səhmlərinin ümumi dəyərinin rekord dərəcədə yüksəlməsi səbəbilə Meta şirkətinin bazar dəyəri 1 trilyon dollara yüksəlib.
Meta öz süni zəka infrastrukturu üçün milyardlarla dollar vəsait sərf edir
Meta öz süni zəka infrastrukturu üçün milyardlarla dollar vəsait sərf edir
Meta şirkətinin CEO-su Mark Zuckerberg bildirib ki, şirkət süni zəka texnologiyalarının hazırlanması istiqamətində NVIDIA-nın son nəsil qrafik prosessorlarının əldə edilməsi üçün milyardlarla dollar vəsait sərf edir.
Meta şirkəti mətn formatında təsvirlər əsasında fotolar tərtib edən servisi təqdim edib
Meta şirkəti mətn formatında təsvirlər əsasında fotolar tərtib edən servisi təqdim edib
Meta şirkəti mətn formatında təsvirlər əsasında fotoların tərtibatını reallaşdıran süni zəka servisini təqdim edib.
Facebook Messenger üçün yeni faydalı funksiyalar istifadəyə verilib
Facebook Messenger üçün yeni faydalı funksiyalar istifadəyə verilib
Meta şirkəti Facebook Messenger üçün bir sıra faydalı funksiyanı istifadəyə verib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ