Smartfonun oğurlanmasına qarşı yeni təhlükəsizlik funksiyaları Android üçün istifadəyə verilir
Proqram Təminatı
07.10.2024
Emil Nəcəfov
Google şirkəti may ayında Android üçün yeni təhlükəsizlik funksiyalarını anons etmişdi. Söhbət, Theft Detection Lock, Offline Device Lock və Remote Lock adlı funksiyalardan gedir. Məlum olub ki, smartfonun oğurlanmasına qarşı istiqamətlənmiş bu yeni funksiyalar Android-in stabil versiyalarında artıq tədricən istifadəyə verilir. Funksiyaları dəstəkləyən smartfonların sayı hələ ki, az olsa da, müəyyən müddətdən sonra onlar bütün Android istifadəçiləri üçün aktiv olacaqlar. Theft Detection Lock funksiyası fon rejimində çalışır və o, smartfonun şübhəli hərəkətlərini təyin edə bilir.
Məsələn əgər oğru sizin smartfonunuzu götürüb qaçmağa başlasa, Theft Detection Lock adlı funksiya bunu təyin edəcək və smartfon bloklanacaq. Beləliklə sizin məlumatlarınız oğrunun əlinə keçməyəcək. Offline Device Lock funksiyası smartfonun internet bağlantısının kəsildiyi halda ekranının bloklanmasını reallaşdırır. Qeyd etmək lazımdır ki, smartfon oğrularının çox zaman atdıqları ilk addım məhz oğurladıqları smartfonlarının şəbəkə imkanlarını deaktiv etməkdir. Remote Lock funksiyasına gəldikdə isə onun vasitəsilə istifadəçi distant şəkildə öz smartfonunu bloklaya biləcək. Bunun üçün sadəcə olaraq telefon nömrəsini bilmək kifayət edəcək. Söhbət, smartfonun standart bloklanması imkanından gedir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni zəka texnoloji şirkətləri nüvə energetikasına nəzər yetirməyə məcbur edib
Süni zəka texnoloji şirkətləri nüvə energetikasına nəzər yetirməyə məcbur edib
Öz data mərkəzləri üçün ekoloji təmiz enerjinin axtarışı istiqamətində Amazon və Microsoft kimi nəhəng texnoloji şirkətlər atom elektrostansiyaları ilə müqavilələr bağlayıblar.
Google Lens videolar üzrə axtarış imkanını əldə edib
Google Lens videolar üzrə axtarış imkanını əldə edib
Google şirkəti Google Lens tətbiqini yeniləyib. Yenilənmiş Google Lens videolar üzrə axtarış etmək özəlliyini əldə edib. Bundan sonra istifadəçi video çəkəndən sonra Google Lens-ə videoda əks olunlar barəsində səs vasitəsilə suallar verə biləcək.
Google və Samsung birgə Ray Ban Meta smart eynəyinin rəqibini hazırlayırlar
Google və Samsung birgə Ray Ban Meta smart eynəyinin rəqibini hazırlayırlar
The Information saytının vermiş olduğu məlumata əsasən Google və Samsung birgə şəkildə Ray-Ban Meta adlı smart eynəyin rəqibini hazırlamağa başlayıblar.
Google süni zəka cavablarına reklam elanlarını inteqrasiya edib
Google süni zəka cavablarına reklam elanlarını inteqrasiya edib
Google şirkəti öz süni zəka sistemi tərəfindən tərtib edilən cavablara reklam elanlarını inteqrasiya etməyə başlayıb.
Google Pixel 9a gözlənildiyindən daha tez təqdim oluna bilər
Google Pixel 9a gözlənildiyindən daha tez təqdim oluna bilər
Google şirkəti bu ayın ortasında Pixel 9 smartfonlarını təqdim etdi. Pixel 9 smartfon seriyasına adi Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL modelləri və qatlana bilən Pixel 9 Pro Fold daxil oldular. İndi isə şirkət Google Pixel 9a adlı orta büdcəli model üzərində çalışır.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!