
Windows 10-da Office tətbiqləri 2028-ci ilədək dəstəklənəcək
Proqram Təminatı
13.05.2025
Emil Nəcəfov
Yanvar ayında Microsoft elan etmişdi ki, Windows 10 üçün Microsoft 365 tətbiqlərinin dəstəyi 14 oktyabrda - əməliyyat sisteminin rəsmi dəstəyi başa çatdığı gün dayandırılacaq. Lakin şirkət bu qərarından daşınıb və artıq Windows 10 üçün Office tətbiqlərinə daha 3 il ərzində yeniləmələr təqdim ediləcəyini vəd edib. “Windows 11-ə keçid zamanı istifadəçilərin təhlükəsizliyini qorumaq məqsədilə, Microsoft Windows 10-da Microsoft 365 tətbiqləri üçün təhlükəsizlik yeniləmələrini Windows 10-un dəstəyi bitdikdən sonra da 3 il ərzində təqdim etməyə davam edəcək. Bu yeniləmələr standart yeniləmə kanalları vasitəsilə yayımlanacaq və 10 oktyabr 2028-ci ildə başa çatacaq” - deyə Microsoft-un rəsmi dəstək saytında yenilənmiş bölmədə qeyd olunub.

Microsoft bu 3 illik dəstək uzadılması barədə səs-küysüz şəkildə, aprel ayının sonunda administratorlar üçün nəzərdə tutulmuş sənəddə məlumat verib. Şirkət təsdiqləyib ki, Microsoft 365 tətbiqləri əvvəlki kimi işləməyə davam edəcək, lakin Windows 11-ə keçid yenə də vacibdir, çünki zamanla performans və etibarlılıqla bağlı problemlər yarana bilər. Halbuki yanvar ayında şirkətin ritorikası tamamilə fərqli idi. Microsoft-un saytında belə deyilirdi: “Microsoft 365 tətbiqlərindən istifadə etmək üçün cihazınızı Windows 11-ə yeniləməlisiniz”.

Microsoft həm fərdi istifadəçiləri, həm də korporativ müştəriləri Windows 11-ə keçməyə təşviq edir, çünki Windows 10-un dəstəyi 14 oktyabr 2025-ci ildə sona çatacaq. Yanvar ayında keçirilmiş CES 2025 sərgisində şirkət 2025-ci ili “Windows 11 ilə PC yeniləmə ili” elan etmişdi, baxmayaraq ki, Windows 11 hələ də məşhurluq baxımından Windows 10-dan geri qalır. Windows 10 istifadəçilərinə tam ekran bildirişlər göstərilərək yeni kompüter almağın vacibliyi xatırladılır. Yeni cihaz almaq istəməyən istifadəçilər isə illik 30$ ödəməklə genişləndirilmiş dəstək abunəliyi əldə edə bilərlər. Şirkətlər üçün isə 3 ilədək əlavə yeniləmələr almaq imkanı olacaq.
Mənbə: The Verge
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni zəka termonüvə reaktorlarının hazırlanmasını sürətləndirə bilər

Süni zəka termonüvə reaktorlarının hazırlanmasını sürətləndirə bilər
Microsoft şirkəti əmindir ki, süni zəka iqtisadi baxımdan kommersiya məqsədli səmərəli termonüvə reaktorlarının hazırlanmasını sürətləndirməyə kömək edə bilər. Bu reaktorlar gələcəkdə süni zəka ilə çalışacaq məlumat mərkəzlərinin enerji ilə təmin olunmasında istifadə oluna bilər. Hazırda belə bir reaktor mövcud deyil.
OpenAI və Microsoft arasındakı əməkdaşlıq şərtlərinə yenidən baxılacaq

OpenAI və Microsoft arasındakı əməkdaşlıq şərtlərinə yenidən baxılacaq
OpenAI və Microsoft OpenAI-nin səhmlərinin birjalara yerləşdirilməsinə (IPO) hüquqi zəmin yaratmaq məqsədilə strateji tərəfdaşlıq şərtlərinə yenidən baxılması ilə bağlı danışıqlar aparır.
Windows 11-də tətbiqlərin quraşdırılması sadələşdiriləcək

Windows 11-də tətbiqlərin quraşdırılması sadələşdiriləcək
Microsoft Windows 11-də yeni funksiyanın testinə başlayıb. Bu funksiya istifadəçilərə Microsoft Store-dakı tətbiqləri birbaşa Windows-un standart axtarış sistemi vasitəsilə quraşdırmağa imkan verəcək.
Windows 11 üçün yeni "casusluq"dan qorunma funksiyası hazırlanır

Windows 11 üçün yeni "casusluq"dan qorunma funksiyası hazırlanır
PhantomOfEarth ləqəbli insayder hələ rəsmi olaraq elan olunmamış, lakin potensial olaraq faydalı ola biləcək Windows 11 üçün yeni funksiyadan bəhs edib.
OpenAI Microsoft-a ödənişlərini 2 dəfə azaldacaq

OpenAI Microsoft-a ödənişlərini 2 dəfə azaldacaq
The Information saytı OpenAI-nin tam kommersiya təşkilatına çevrilməkdən imtina etməsi ilə bağlı qərarından sonra, bu şirkətin investorlarla gələcək münasibətlərinin mahiyyətinə aydınlıq gətirib.
Həftənin xəbərləri

