main-post-cover

    Windows 11-in Start menyusu iOS-in faydalı özəlliyini əldə edəcək

    Proqram Təminatı
    30.08.2024
    Emil Nəcəfov
         Windows 11-in yeni beta versiyasında maraqlı yenilik aşkar edilib. Söhbət, Start menyusunun yeni dizaynından gedir. Belə ki, Start menyusunun yeni dizaynı istifadəçi tərəfindən daimi şəkildə istifadə edilən tətbiqlərə keçidi sadələşdirmək üçün nəzərdə tutulub. Start menyusunda məhdud sayda tətbiq ikonunun yerləşdirilməsi və tətbiqlərdən ibarət tam siyahının təqdim olunması düyməsi əvəzinə Microsoft istifadəçilərə mobil əməliyyat sistemlərindən yaxşı tanış olan imkandan faydalanmağı təklif edir.
         Windows 11-in yeni test versiyasında Start menyusu tətbiqləri müxtəlif kateqoriyalar üzrə qruplaşdırır. Nəticədə əməliyyat sistemi bir növ tətbiqlər kitabxanasını yaradır. iOS-də və Android üçün olan bəzi istifadəçi interfeyslərində tətbiqlər məhz belə şəkildə qruplaşırlar. Məlumatda qeyd edilib ki, Microsoft şirkəti tətbiqlərin Microsoft Store-dakı kimi 29 kateqoriya üzrə qruplaşmasını təqdim edir. Start menyusunun bu yeni imkanının stabil Windows 11-də nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Windows 11-də kompüterin enerji təchizatı ilə bağlı yeni ayarlar istifadəyə veriləcək
    windows-11-de-komputerin-enerji-techizati-ile-bagli-yeni-ayarlar-istifadeye-verilecek
    Microsoft, dəstəklənməyən sistemlərdə Windows 11 quraşdırılmasını blok etməyə başlayıb!
    microsoft-desteklenmeyen-sistemlerde-windows-11-qurasdirilmasini-blok-etmeye-baslayib
    Windows-un yenilənmələr mərkəzində 2 ciddi boşluq aşkar edilib
    windows-un-yenilenmeler-merkezinde-2-ciddi-bosluq-askar-edilib
    Windows 11, bir istifadəçi tərəfindən 10 illik Intel Celeron prosessorlu noutbukda çalışdırıla bilib!
    windows-11-bir-istifadeci-terefinden-10-illik-intel-celeron-prosessorlu-noutbukda-calisdirila-bilib
    Hakerlər Internet Explorer üzərindən kompüterlərə yeni növ kiberhücum reallaşdırırlar
    hakerler-internet-explorer-uzerinden-komputerlere-yeni-nov-kiberhucum-reallasdirirlar