Chrome istifadəçilərin IP ünvanlarını müxtəlif saytlardan qoruyacaq
Servislər
24.10.2023
Emil Nəcəfov
Artıq heç sirr deyil ki, bu və ya digər istifadəçinin IP ünvanı barəsində məlumat müxtəlif saytlara istifadəçi barəsində məlumatlar toplusunu formalaşdırmağa imkan verir. Həmin məlumatlar toplusu isə öz növbəsində istifadəçiyə reklam elanlarının sərgilənməsində və digər məqsədlərdə istifadə edilir. Öz istifadəçi kütləsini bu cür izlənmə üsulundan qorumaq üçün Chrome brauzerində IP Protection adlı yeni funksiyanın testinə start verilib. Qeyd etmək lazımdır ki, buna bənzər funksiya Apple iCloud-da artıq mövcuddur. İlkin mərhələdə istifadəçilər öz IP ünvanlarının gizlədilib-gizlədilməməsinə özləri qərar verə biləcəklər.
Google sözügedən yeni funksiyanın inteqrasiyasını bir neçə mərhələyə ayırıb. Birinci mərhələ çərçivəsində Google proksi üzərindən sorğuları yalnız öz domenlərinə göndərəcək. Bu mərhələnin beta testi çərçivəsində həmin domenlərə yalnız ABŞ-dakı IP ünvanlar keçid edə biləcəklər. Növbəti mərhələlərdə isə şirkət iki mərhələli autentifikasiya üsulundan istifadə etməyi planlaşdırır. Bu isə öz növbəsində istifadəçi konfidensiallığını yaxşılaşdırmağa hədəflənib. IP ünvanın gizlədilməsi funksiyasının stabil Chrome versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Chrome brauzerinin Android versiyasına yeni təhlükəsizlik funksiyaları əlavə edilib
Google Chrome brauzerinin Android versiyasına yeni təhlükəsizlik funksiyaları əlavə edilib
Google Chrome brauzerinə iki yeni təhlükəsizlik funksiyasını əlavə edib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!