Google Photos-da yeni süni zəka funksiyaları istifadəyə verilib
Servislər
17.11.2023
Emil Nəcəfov
Google Photos servisində süni zəka əsaslı yeni funksiyalar istifadəyə verilib. İstifadəyə verilmiş yeni funksiyalar servis daxilində fotoların daha yaxşı təşkilini və kateqoriyalara ayrılmasını təmin edəcək. Funksiyalardan biri Photo Stacks adını əldə edib. Sözügedən funksiya oxşar fotoları bir yığına birləşdirir və onların arasında ən yaxşısını seçməyə imkan verir.
Bu öz növbəsində fotolara baxma prosesini sadələşdirəcək, dublikatları və oxşar kadrları ümumi fotolarda aradan qaldıracaq. Digər bir funksiya isə süni zəka vasitəsilə screenshot, sənəd və digər faydalı fotoları təyin edə bilir. Onları ayrıca albomlara yerləşdirmək və xatırlatmanı təyin etmək olacaq. Məsələn istifadəçi hansısa tədbirə QR kodlu biletin skan xatırlatmasını təyin edə bilər. Sözügedən funksiyalar artıq tədricən istifadəyə verilir və onlar Google Photos-un həm Android həm də iOS versiyasında aktiv olacaqlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Hava şəraitini 10 gün öncədən dəqiq proqnozlaşdıran süni zəka sistemi hazırlanıb
Hava şəraitini 10 gün öncədən dəqiq proqnozlaşdıran süni zəka sistemi hazırlanıb
Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyası 10 gün müddətinə ən dəqiq hava proqnozlarını tərtib etməyi bacaran süni zəka sistemini hazırlayıb.
Güclü Tensor prosessorlarının tətbiqinə Google Pixel 10 smartfonlarından start veriləcək
Güclü Tensor prosessorlarının tətbiqinə Google Pixel 10 smartfonlarından start veriləcək
Bir neçə həftə bundan öncə məlum oldu ki, Google şirkəti Pixel 9 smartfon seriyası üçün nəzərdə tutulmuş Tensor G4 prosessorunun TSMC şirkəti tərəfindən istehsalı ideyasından son anda imtina edib.
Google Pixel 8a-nın maket fotoları ortaya çıxıb
Google Pixel 8a-nın maket fotoları ortaya çıxıb
Keçən ay Google şirkəti Pixel 8 smartfon seriyasını təqdim etmişdi.
Google ilk zamanlarda Google Play-in uğuruna inanmırdı
Google ilk zamanlarda Google Play-in uğuruna inanmırdı
Epic Games ilə Google arasında hal hazırda gedən məhkəmə prosesi çərçivəsində məlum olub ki, Google ilk vaxtlarda mobil platformaların uğurlu olacaqlarına inanmırdı.
Google Safaridəki reklam elanları gəlirlərinin 36%-ni Apple şirkətinə ödəyir
Google Safaridəki reklam elanları gəlirlərinin 36%-ni Apple şirkətinə ödəyir
ABŞ Ədliyyə Nazirliyi ilə Google arasındakı antimonopoliya mövzusunda olan məhkəmə prosesi davam edir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ