Süni zəka əsaslı Amazon Q çat-botu təqdim edilib
Servislər
29.11.2023
Emil Nəcəfov
OpenAI şirkəti ChatGPT-yə, Google şirkəti Bard adlı çat-bota, Microsoft isə Copilot adlı süni zəka köməkçisinin müxtəlif versiyalarına sahibdir. İndi isə süni zəka əsaslı çat-bota sahib şirkətlər arasına yenisi qatılıb. Söhbət, Amazon şirkətindən gedir. Belə ki, o özünün Amazon Q adlı süni zəka əsaslı çat-botunu təqdim edib. Sözügedən çat-bot adi istifadəçilər üçün deyil, korporativ istifadəçilər üçün nəzərdə tutulub. Amazon Q-nün bacarıqları arasında vacib sənədlərin tərkib hissələrinin qısa şəkildə ümumiləşdirilməsi, şirkətlərin daxili xidmətləri üçün sorğuların doldurulması, şirkətlərin siyasətləri ilə bağlı sualların cavablandırılması, redaktədə köməklik və s. var. Amazon Q öz növbəsində Copilot, Google Duet AI и ChatGPT Enterprise kimi digər korporativ çat-botlarla rəqabət aparacaq.
Məlumatda qeyd edilib ki, adi istifadəçilər üçün nəzərdə tutulmuş çat-botlardan fərqli olaraq Amazon Q konfidensial məlumatların yüksək səviyyədə qorunması özəlliyinə sahibdir. Məsələn əgər hər hansısa şirkət əməkdaşı şirkətin maliyyə proqnozları ilə bağlı konfidensial məlumatlara sahib deyilsə, Amazon Q rəsmi maliyyə məlumatlarını təqdim etmədən həmin onları imitasiya edə bilər. ChatGPT və Google Bard-dan fərqli olaraq Amazon Q hansısa konkret süni zəka modelinə əsaslanmır. Bunun yerinə o, Amazon Bedrock platformasından istifadə edir. Bu platforma isə özündə bir neçə süni zəka sistemini birləşdirir. Amazon Q-nün bir istifadəçi üçün aylıq istifadə haqqı 20$ təşkil edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Keçmiş Apple işçilərinin daha çox hansı şirkətlərə müraciət etdikləri məlum olub
Keçmiş Apple işçilərinin daha çox hansı şirkətlərə müraciət etdikləri məlum olub
Switch on Business adlı şirkət LinkedIn-də İT mütəxəssislərin hesablarını analiz edərək texnoloji sahədə hansı şirkətlərin daha çox özlərinə keçmiş Apple işçilərini cəlb etdiklərini təyin ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!