main-post-cover

    Apple-ın TikTok-a gizli şəkildə təzyiq göstərdiyi məlum olub!

    Sosial Media
    04.11.2024
    Farid Pardashunas

         ABŞ-da TikTok-a qarşı açılmış məhkəmə işi ilə bağlı sənədlər səhvən paylaşılıb. Bu sənədlərdə Apple-ın TikTok üzərindəki təzyiqlərindən bəhs edilib. Bəs Apple bunu niyə edib?

         Son illərin ən məşhur sosial şəbəkələrindən olan TikTok xüsusilə ABŞ-da böyük müzakirə mövzusuna çevrilib. Məlumata görə, ən azı 14 ABŞ ştatı TikTok-la bağlı məhkəmə işində tərəf olub. Son xəbərlər isə texnologiya nəhəngi Apple-ın da TikTok-dan narazı olduğunu göstərir. Cənubi Karolina ştatının rəsmi şəxsləri, TikTok-a qarşı açdıqları məhkəmə işi ilə bağlı məlumatları təsadüfən ictimaiyyətlə paylaşıblar. Bu sənədlərdə Apple-ın TikTok-a təzyiq göstərdiyi bildirilib. Bu təzyiqin səbəbi isə App Store-da tətbiq üçün göstərilən yaş məhdudiyyəti ilə bağlı olub. Apple-a görə, TikTok tətbiqinin yaş məhdudiyyəti 12 deyil, 17 olmalı idi.
          Paylaşılan məhkəmə sənədlərinə görə, Apple-ın təzyiqi 2022-ci ildə başlayıb. Bu proses, App Store-dakı tətbiqləri yoxlayan qrupun tədqiqatları ilə başlanıb. Apple-ın nümayəndələri TikTok-da gözləniləndən daha çox açıq məzmunun olduğunu müəyyən etmişdilər. Bundan başqa, TikTok-da söyüş və yemək pozuntularına təşviq edən məzmunlara qarşı mübarizə yetərincə güclü deyildi. Apple da bunları əsas gətirərək TikTok-la əlaqə saxlayıb və yaş məhdudiyyətinin yenilənməsini tələb edib. Lakin yoxlamalar göstərir ki, TikTok bu xəbərdarlığa əhəmiyyət verməyib, çünki TikTok hələ də App Store-da +12 yaş məhdudiyyəti ilə qalır.
         Apple yayımlanan sənədlərlə bağlı heç bir açıqlama verməyib, lakin TikTok bu vəziyyətdən olduqca narahatdır. Mövzu ilə bağlı açıqlama verən nümayəndə, Cənubi Karolina rəsmilərinin bu addımını məsuliyyətsizlik adlandırıb. Alex Haurek adlı nümayəndənin sözlərinə görə, TikTok özünə qarşı iddiaların çoxunu artıq çoxdan ələ almağa başlayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple M4 Max prosessoru Geekbench testlərindən keçib
    apple-m4-max-prosessoru-geekbench-testlerinden-kecib
    Apple M4 Pro prosessoru Geekbench testlərindən keçib
    apple-m4-pro-prosessoru-geekbench-testlerinden-kecib
    Apple iPhone 17 smartfonlarında fərdi Wi-Fi və Bluetooth çiplərini tətbiq edəcək
    apple-iphone-17-smartfonlarinda-ferdi-wi-fi-ve-bluetooth-ciplerini-tetbiq-edecek
    Bütün Mac kompüterləri minimum 16 GB RAM-ı əldə etməyə başlayıblar
    butun-mac-komputerleri-minimum-16-gb-ram-i-elde-etmeye-baslayiblar
    M4, M4 Pro və M4 Max prosessorları ilə çalışan yeni MacBook Pro-lar təqdim edilib - QİYMƏTİ
    m4-m4-pro-ve-m4-max-prosessorlari-ile-calisan-yeni-macbook-pro-lar-teqdim-edilib-qiymeti