
Bundan sonra Instagram-da canlı yayımı ən azı 1000 abunəçiyə sahib hesablar keçirə biləcəklər
Sosial Media
04.08.2025
Emil Nəcəfov
1 avqust tarixindən etibarən Instagram platforması yeni bir yeniliyin tətbiqinə başlayıb: yalnız açıq hesabı olan və ən azı 1000 izləyicisi olan istifadəçilər canlı yayım keçirə biləcəklər. Qapalı hesab sahibləri və 1000-dən az izləyicisi olan istifadəçilər isə bu funksiyadan artıq istifadə edə bilməyəcəklər. Platformanın rəsmi dəstək səhifəsində qeyd olunub: “Yalnız açıq hesabı və 1000 və ya daha çox izləyicisi olan Instagram istifadəçiləri canlı yayım keçirə biləcəklər”. Bu dəyişiklik kiçik kontent müəllifləri, yeni başlayan blogerlər, yerli biznes sahibləri və azsaylı izləyici auditoriyası ilə canlı yayım aparanlar üçün ciddi məhdudiyyət sayılır. Qeyd edək ki, bu, sahədə tamamilə yeni bir addım deyil - TikTok da canlı yayım üçün 1000 izləyici tələb edir.

YouTube-da isə bu hədd daha aşağıdır - cəmi 50 abunəçi kifayət edir. Meta bu dəyişikliklə bağlı rəsmi açıqlama verməyib, buna görə də ehtimal etmək olar ki, məqsəd azsaylı auditoriyası olan yayımlarla bağlı xərcləri azaltmaq və ya canlı kontentin keyfiyyətini artırmaqdır. Canlı yayım platforma üçün, adi video paylaşımından daha çox resurs tələb edir. Müasir texnologiyalar bizə bu baxımdan müəyyən rahatlıq versə də, şirkətlər əlavə gəlir gətirməyən sahələrə artıq resurs sərf etməkdə maraqlı deyillər. Əvvəllər qaydalar belə idi: hesabı 30 gündən çox olan, ən azı 1 izləyicisi və müxtəlif kotentlə (foto, bio, bir neçə paylaşım) zəngin olan istənilən istifadəçi izləyici sayından asılı olmayaraq canlı yayım keçirə bilirdi. İnsanlar bu funksiyadan aktiv şəkildə istifadə edərək öz hesablarını tanıtmaq və yeni auditoriya cəlb etmək üçün alternativ kontent növü kimi yayımlar aparırdılar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni intellekt istifadəçilərin Facebook və Instagram-da daha çox vaxt keçirmələrinə təşviq edib

Süni intellekt istifadəçilərin Facebook və Instagram-da daha çox vaxt keçirmələrinə təşviq edib
Meta şirkətinin rəhbəri Mark Zuckerberg 2025-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini investorlara təqdim edərkən bildirib ki, süni intellekt əsaslı alqoritmlər istifadəçilərin Facebook və Instagram-da keçirdikləri vaxtın artmasına səbəb olub.
İstifadəçilər Instagram hesablarının səbəbsiz bloklanmasından şikayət edirlər

İstifadəçilər Instagram hesablarının səbəbsiz bloklanmasından şikayət edirlər
Son bir neçə həftə ərzində Instagram sosial şəbəkəsinin istifadəçiləri platforma administrasiyası tərəfindən səhvən bloklanan hesabların sayının kəskin artdığından şikayət edirlər.
Facebook və Instagram-da yaxın zamanda süni zəka reklamları sərgilənəcək

Facebook və Instagram-da yaxın zamanda süni zəka reklamları sərgilənəcək
Facebook və Instagram sosial şəbəkələrinin sahibi olan Meta Platforms şirkəti marketoloqlar üçün reklam videolarının yaradılmasını daha ucuz və rahat etmək məqsədilə bu sahədəki inkişafını davam etdirir.
Instagram-da paylaşımların repost funksiyası yenidən test edilir

Instagram-da paylaşımların repost funksiyası yenidən test edilir
Instagram istifadəçilərə paylaşımları repost etmək imkanı verməyə başlayıb. Bu barədə TechCrunch platformanın sahibi olan Meta şirkətindən təsdiq aldıqdan sonra məlumat yayıb.
Bu ilin sonuna kimi Instagram-ın iPad-lər üçün versiyası təqdim oluna bilər

Bu ilin sonuna kimi Instagram-ın iPad-lər üçün versiyası təqdim oluna bilər
Keçən həftə Meta şirkəti, iPad istifadəçilərinin çoxdankı arzusunu reallaşdıraraq Apple planşetlərinin böyük ekranlarına uyğunlaşdırılmış xüsusi WhatsApp tətbiqini təqdim etdi. Şirkət bununla kifayətlənməyəcək və iPad planşetləri üçün daha bir məşhur tətbiqi optimallaşdıracaq.
Həftənin xəbərləri

