main-post-cover

    Donald Trump Truth+ adlı streaming servisini işə salıb

    Sosial Media
    08.07.2025
    Emil Nəcəfov
         ABŞ prezidenti Donald Trump-ın ailəsinə məxsus Trump Media şirkəti Truth+ adlı streaming xidmətinin qlobal şəkildə istifadəyə verildiyini elan edib. Bu addım konservativ xəbər platforması olan və mart ayında birjada listinqə çıxmış Newsmax-a ABŞ xaricində də əhatə dairəsini genişləndirməyə imkan verəcək. İstifadəçilər Truth+ tətbiqi vasitəsilə iOS, Android, veb versiya və Apple TV, Android TV, Amazon Fire TV Roku daxil olmaqla smart televizorlar üçün tətbiqlər üzərindən canlı kanallara və istəyə uyğun videolara baxa bilərlər.
         Truth+ xəbərlər, şoular və filmlər daxil olmaqla, böyük media şirkətlərinin bloklamağa çalışdıqları məzmunları da təqdim edir. Streaming xidməti özünü texnologiya şirkətlərinin senzurasına qarşı davamlı bir platforma kimi təqdim edir. Hazırda canlı yayımlar və videoməzmun pulsuz şəkildə əlçatandır - abunəliklə bağlı heç bir məlumat verilməyib. Hazırda Truth+ beta-test mərhələsindədir. Bu mərhələ iyunun sonunda qapalı rejimdə başlamışdı, indi isə qlobal miqyasda genişləndirilib. Trump Media bildirib ki, streaming texnologiyasının beta-testinə davam edəcək və istifadəyə verilmə prosesi irəlilədikcə istifadəçilərin rəylərini toplayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Donald Trump-ın “Big, beautiful bill” qanunu Tesla-ya ciddi zərər vura bilər
    donald-trump-in-big-beautiful-bill-qanunu-tesla-ya-ciddi-zerer-vura-biler
    Elon Musk dövlət subsidiyalarından məhrum ola bilər
    elon-musk-dovlet-subsidiyalarindan-mehrum-ola-biler
    Donald Trump TikTok üçün alıcı tapdığını bildirib
    donald-trump-tiktok-ucun-alici-tapdigini-bildirib
    Donald Trump TikTok-un ABŞ-da qadağasını üçüncü dəfə 90 günlük təxirə saldı
    donald-trump-tiktok-un-abs-da-qadagasini-ucuncu-defe-90-gunluk-texire-saldi
    Trump administrasiyası SpaceX-in bütün dövlət müqavilələrinə yenidən nəzər yetirəcək
    trump-administrasiyasi-spacex-in-butun-dovlet-muqavilelerine-yeniden-nezer-yetirecek