
Elon Musk Wikipedia-nın analoqu Grokipedia-nı anons edib
Sosial Media
01.10.2025
Emil Nəcəfov
Gizli deyil ki, Wikipedia məqalələri müəyyən qrupların maraqlarına uyğun olaraq məlumatlarla manipulyasiya məqsədilə redaktə olunur. Buna görə də, Elon Musk üçün daha uyğun prinsiplərə əsaslanan oxşar bir resurs yaratmaq ideyası tamamilə gözlənilən idi. Milyarder ona məxsus xAI şirkətinin Grok adlı çat-botunun imkanlarından istifadə edən qlobal bir ensiklopediya yaratmağı planlaşdırır. Elon Musk daha əvvəl Wikipedia səhifələrində onun şəxsi bioqrafiyası ilə bağlı bəzi faktların, eləcə də digər məlumatların necə təqdim edilməsindən narazılığını bildirmişdi. Növbəti podkast çıxışı zamanı Musk etiraf edib ki, onun startapı xAI Grok çat-botu üçün proqram aləti hazırlayır. Bu alət onlayn mənbələrdə verilən məlumatlardakı qeyri-dəqiqlikləri avtomatik aşkarlayacaq və həmin məlumatları şirkətin etibarlılıq barədə öz təsəvvürlərinə uyğun olaraq yenidən işləyəcək.

Zamanla bu cür “sintetik düzəlişlər” milyarderin ilkin olaraq Grokipedia adlandırdığı yeni onlayn məlumat bazasının əsasını təşkil edəcək. Musk-un fikrinə görə, Wikipedia-nın rəqibi olacaq bu resursun məzmunu faktların və hadisələrin siyasi təhriflərindən, həmçinin müxtəlif növ “ideoloji tullantılardan” azad olmalıdır. xAI qurucusunun sözlərinə görə, Grok çat-botu hazırda onlayn mənbələrdən aldığı məlumatları ciddi uyğunsuzluqları aşkar etmək məqsədilə təhlil edə bilir. Elon Musk belə izah edib: “Wikipedia çox möhtəşəm məzmun təqdim edir, amma o, səhvlərdən və qərəzlərdən tam azad deyil. Grok isə bütün bunları təmizləyə bilər”. Hələ 2022-ci ildə Musk Wikipedia-da təqdim olunan məlumatların etibarlılığına diqqət çəkmişdi. Belə ki, “resessiya” termini ilə bağlı səhifə 1 həftə ərzində 180 düzəlişə məruz qalmışdı. 1 il sonra o, Wikipedia-nın neytrallığı və şəffaflığı mövzusunda resursun qurucusu Jimmy Wales ilə mübahisəyə girmişdi.

Musk-un bu resursdakı şəxsi bioqrafiyasının təsvirinə dair də kifayət qədər iradları olub. Məsələn, o özünü investor adlandırmamağa, bunun əvəzinə müxtəlif şirkətlərdə tutduğu rəhbər vəzifələrin vurğulanmasına çağırmışdı. Hər halda, bu kimi iradlara baxmayaraq, Elon Musk-a həsr olunmuş Wikipedia səhifəsi hələ də “yaxşı məqalə” statusunu qoruyur. Halbuki bu status informasiya resursundakı yazıların cəmi 1%-dən azına verilir. Elə həmin il Wikipedia ensiklopedik məqalələri süni intellektin köməyi ilə yaratmağa cəhd edəndə redaktorların müqaviməti ilə üzləşmişdi. Bu sahədəki təcrübələr reputasiya itkisi ilə bağlı narahatlıqlara görə dayandırılmışdı. Musk-un süni intellekt vasitəsilə doldurulacaq qlobal ensiklopediya yaratmaq ideyası da qüsursuz deyil. Ekspertlərin fikrincə, süni intellekt emal etdiyi məlumatlara təhrif və səhvlər gətirə bilər və hələlik bəzi mürəkkəb sual növlərinə adekvat cavab verməkdə çətinlik çəkir. Bu halda senzuranın həddindən artıq avtomatlaşdırılması oxucuların bu cür resurslara olan etimadını sarsıda bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
xAI OpenAI şirkətini kommersiya sirrinin oğurlanmasında günahlandıraraq onu məhkəməyə verib

xAI OpenAI şirkətini kommersiya sirrinin oğurlanmasında günahlandıraraq onu məhkəməyə verib
Elon Musk-a məxsus xAI şirkəti, OpenAI-ə qarşı iddia qaldırıb və ChatGPT yaradıcılarını kommersiya sirrini qanunsuz mənimsəməkdə ittiham edib.
xAI bir gündə 500 işçini işdən azad edib

xAI bir gündə 500 işçini işdən azad edib
Elon Musk-ın xAI startapı məlumatların annotasiyası üzrə komandasının təxminən 1/3-ni şdən çıxararaq heyəti təxminən 500 nəfər azaldıb.
ABŞ hökuməti süni intellekt əsaslı çat-botların təhlükəsizlikləri ilə bağlı istintaqa başlayıb

ABŞ hökuməti süni intellekt əsaslı çat-botların təhlükəsizlikləri ilə bağlı istintaqa başlayıb
ABŞ Federal Ticarət Komissiyası (FTC) uşaqlara və yeniyetmələrə süni intellektin mənfi təsir göstərə biləcəyini araşdırmaq məqsədilə Alphabet, Meta, OpenAI, xAI və Snap da daxil olmaqla 7 böyük texnologiya şirkətinə qarşı istintaq başladıb.
Kibercinayətkarlar Grok vasitəsilə zərərli linkləri yayırlar

Kibercinayətkarlar Grok vasitəsilə zərərli linkləri yayırlar
Elon Musk-ın xAI şirkətinə məxsus süni intellekt çat-botu Grok-dan istifadə edərkən ehtiyatlı olmaq lazımdır, çünki onun təklif etdiyi keçidlərə daxil olmaq cihaza zərərli proqramı yoluxdura bilər.
Tesla Elon Musk-a 10 illik CEO vəzifəsi üçün 1 trilyon dollar təklif edib

Tesla Elon Musk-a 10 illik CEO vəzifəsi üçün 1 trilyon dollar təklif edib
Tesla, istehsalın azalmasına baxmayaraq və yeni prioritetlərin insanabənzər robotlar və süni intellekt olmasına rəğmən, baş direktor Elon Musk üçün yeni 10 illik əməkhaqqı planı təklif edib.
Həftənin xəbərləri

