
Instagram Reels videoları üçün ayrıca tətbiq hazırlaya bilər
Sosial Media
27.02.2025
Emil Nəcəfov
Meta, qısa videolar üçün ayrıca bir tətbiqi istifadəyə verməyi nəzərdən keçirir. Məlumata görə, bu layihə "Project Ray" kod adı ilə hazırlanır və ABŞ-da yeni və mövcud istifadəçilər üçün tövsiyə sistemini təkmilləşdirmək, həmçinin 3 dəqiqəlik videoların sayını artırmaq məqsədi daşıyır. The Information-ın mənbəsinə görə, Instagram rəhbəri Adam Mosseri bu layihə haqqında əməkdaşlarla danışıb. Meta bu məsələ ilə bağlı rəsmi şərh verməyib.

Ötən ay şirkət TikTok-un ana şirkəti ByteDance-ə məxsus CapCut ilə rəqabət aparmaq üçün Edits adlı video redaktə tətbiqini elan etmişdi. Bu addım, TikTok və ByteDance-in ABŞ-dakı qeyri-müəyyən gələcəyindən faydalanmaq məqsədi daşıyır. Hal-hazırda Instagram-ın ana səhifəsində fotolar, videolar (Reels) və Stories qarışıq şəkildə təqdim olunur. Lakin bir çox istifadəçi hesab edir ki, tətbiq həddindən artıq yüklənib və artıq əsas funksiyasından - foto paylaşım platforması olmaqdan uzaqlaşıb. Əgər şirkət Reels-i ayrıca qısa video tətbiqi kimi təqdim etsə, bu, Instagram-ın digər funksiyalarını daha çox ön plana çıxarmaq üçün bir imkan yarada bilər.
Mənbə: Techcrunch
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Instagram-da mesajların planlaşdırılması və digər yeni funksiyalar istifadəyə verilib

Instagram-da mesajların planlaşdırılması və digər yeni funksiyalar istifadəyə verilib
Instagram şəxsi mesajların planlaşdırılması, çatda 3 vacib mesajın çatın yuxarı hissəsində bərkidilməsi, tərcüməçi və bəyənilən musiqini paylaşmaq imkanı kimi yeni funksiyaları istifadəyə verib.
Instagram-dakı şərhlərdə bəyənməmə düyməsi test edilir

Instagram-dakı şərhlərdə bəyənməmə düyməsi test edilir
Instagram şərhlər üçün gizli bəyənməmə düyməsini təqdim edir. Bu funksiya istifadəçilərə arzuolunmaz şərhlərə reaksiya verməyə imkan yaradacaq, lakin onların mövqeyi ictimai şəkildə görünməyəcək.
Instagram, CapCut-ın Edits adlı rəqibini anons edib

Instagram, CapCut-ın Edits adlı rəqibini anons edib
Instagram-ın rəhbəri Adam Mosseri videoların redaktəsi üçün nəzərdə tutulmuş yeni tətbiqi anons edib. İstifadəyə veriləcək yeni tətbiq Edits adlanır.
Mark Zuckerberg demokratları Meta şirkətinə təzyiqdə günahlandırıb (VİDEO)

Mark Zuckerberg demokratları Meta şirkətinə təzyiqdə günahlandırıb (VİDEO)
Donald Trump-ın ABŞ-dakı yeni prezidentlik dövrü 20 yanvar tarixindən başlayacaq. Lakin onun öz prezidentlik vəzifəsinə hələ başlamamasına baxmayaraq onun müxtəlif sahələrə təsiri artıq nəzərəçarpandır.
TikTok planetimizin atmosferini ən çox çirkləndirən sosial şəbəkədir

TikTok planetimizin atmosferini ən çox çirkləndirən sosial şəbəkədir
Greenly şirkəti TikTok istifadəçilərinin bu məşhur platformanı istifadə etmələri səbəbilə qoyduqları karbon izinin miqdarını təyin edib. Məlum olub ki, TikTok istifadəçiləri atmosferi digərlərindən daha çox çirkləndirirlər.
Həftənin xəbərləri

