main-post-cover

    Meta iMessage-in Instagram və Facebook Messenger-dən məşhur olduğunu düşünür

    Sosial Media
    16.04.2025
    Emil Nəcəfov
         Meta artıq bir neçə ildir ki, antiinhisar iddiası ilə üzləşir və 2021-ci ilin iyun ayında Federal Məhkəmə Hakimi işi rədd etsə də, ABŞ Federal Ticarət Komissiyası (FTC) 2022-ci ildə daha təkmilləşdirilmiş bir şikayət təqdim etmişdi. Facebook-un rəqabətə zidd təcrübələri ilə bağlı məhkəmə prosesi o vaxtdan bəri davam edir və Meta bu məsələ ilə bağlı daha ətraflı məlumat təqdim edib. Şirkət təqdimat slaydları ilə birlikdə açılış bəyanatı verib və onlardan birində Instagram Facebook Messenger kimi müxtəlif xidmətlərin Apple-ın iMessage platforması ilə məşhurluq baxımından müqayisəsi yer alıb.
         Meta inhisar ittihamlarını rədd edir və bildirir ki, iMessage, Instagram və Facebook Messenger-dən daha məşhurdur. Slaydlarda paylaşılan məlumata görə, iMessage-in məşhurluğu Instagram və ya Facebook Messenger-lə müqayisədə xeyli yüksəkdir. Slaydlar sonradan ictimaiyyətə təqdim olunsa da, bəzi dəyişikliklər zəif şəkildə tətbiq edildiyi üçün məlumatların bərpası asan olub. Slaydlarda Meta, Snapchat və Apple tətbiqləri üçün aşağıdakı faiz göstəriciləri yer alıb:
    - Apple Messages: 88.39%
    - Instagram: 48.19%
    - Facebook Messenger: 37.55%
    - WhatsApp: 36.76%
    - Snapchat: 23.04%.
         Qeyd edilmiş şəkildə həmçinin görünür ki, müxtəlif tətbiqlər üçün paylaşılan faiz göstəricilərinin yanında Apple-ın daxili sənədi açıq vəziyyətdədir və AppleInsider-a bildirilib ki, bu sənəd orijinaldır. Manipulyasiya edilməmiş yeganə məlumat isə Apple-ın Məhsul Marketinqi Direktoru tərəfindən verilmiş sitatdır. Həmin sitatda deyilir: iMessage-in “əsas istifadə məqsədlərindən biri” “istifadəçilərin həyatlarında tanıdıqları insanlarla ünsiyyət qura bilməsini təmin etməkdir”.
         Meta-nın iddiaları Apple-ın iMessage platformasının məşhurluğu ətrafında qurulub və şirkət bu əsasla Instagram və Facebook Messenger-in inhisar predmetinə çevrilə bilməyəcəyini bildirir. Meta, həmçinin YouTube TikTok kimi rəqib xidmətləri də müzakirəyə daxil edərək onların uğurla fəaliyyət göstərdiklərini qeyd edib.
         Sosial media texnologiya nəhənginin irəli sürdüyü arqumentlər müəyyən dərəcədə əsaslı görünsə də, nəzərə almaq lazımdır ki, Instagram təkcə ünsiyyət vasitəsi deyil, həm də icmalar, qruplar və s. daxil olmaqla media paylaşımı platformasıdır. Buna görə də, bir şirkət arqumentini tək bir faktora əsaslandıra bilməz - xidmətin bütün mahiyyəti nəzərə alınmalıdır. Hakimlərin nə qərar verəcəkləri və mübahisənin hansı istiqamətə yönələcəyi hələlik bəlli deyil. İş 2020-ci ildən davam etdiyindən, yekun qərarın verilməsi aylar, hətta illər çəkə bilər.
    Mənbə: Wccftech
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple 2 cihazı öz köhnəlmiş cihazlar siyahısına əlavə edib
    apple-2-cihazi-oz-kohnelmis-cihazlar-siyahisina-elave-edib
    Mark Zuckerberg, Instagram-ın ayrıca şirkətə çevriləcəyini istisna etmir
    mark-zuckerberg-instagram-in-ayrica-sirkete-cevrileceyini-istisna-etmir
    Instagram və WhatsApp-ın Meta-dan ayrılmasına dair məhkəmə işində ciddi sübut təqdim edilib
    instagram-ve-whatsapp-in-meta-dan-ayrilmasina-dair-mehkeme-isinde-ciddi-subut-teqdim-edilib
    Meta öz süni zəkasının təlimində avropalıların məluimatlarından istifadə edəcək
    meta-oz-suni-zekasinin-teliminde-avropalilarin-meluimatlarindan-istifade-edecek
    Apple süni zəkası üçün istifadəçi məlumatlarını analiz edəcək
    apple-suni-zekasi-ucun-istifadeci-melumatlarini-analiz-edecek