main-post-cover

    Polislər süni intellekt tərəfindən yaradılan evsiz şəxslər trendini dayandırmağı xahiş edirlər

    Sosial Media
    13.10.2025
    Emil Nəcəfov
         Süni intellekt vasitəsilə video generasiya texnologiyalarının ən açıq tətbiq sahələrindən biri məşhurların görünüşünün təqlidi olub. Hətta artıq həyatda olmayan ulduzların arxiv müsahibələrini imitasiya edən videolar da geniş yayılıb. Hüquq-mühafizə orqanlarının nümayəndələri isə TikTok-da yayılan yeni bir təhlükəli tendensiyadan - valideynləri aldatmağa yönəlmiş zarafat dalğasından narahatlıqlarını bildiriblər. Bu zarafatlarda valideynlərə elə göstərilir ki, guya onların övladları evlərinə tanımadıqları evsiz bir insanı gətiriblər. The Verge yazır ki, TikTok-da yeniyetmələr bir-birini təkrarlayaraq xoşagəlməz bir prank trendlərinə qoşulmağa başlayıblar. Ssenariyə əsasən, onlar valideynlərinə süni intellektlə yaradılmış bir şəkil göndərirlər.
         Şəkildə guya evin içində tanımadıqları, baxımsız bir insan görünür. Ardınca həmin fotoya “evə bir evsiz gətirdim, ona içmək və yemək verdim, bəlkə də bu gecə qalacaq” kimi mesajlar əlavə olunur. Bəzən uşaqlar bu hekayəni daha inandırıcı göstərmək üçün “evsiz” şəxsin guya valideynlərinin dostu olduğunu da yazırlar. Uşaqlarından uzaqda olan valideynlər isə çox vaxt bu mesajları ciddiyə alaraq təşvişə düşür, uşaqlarına dəfələrlə zəng edir, bəzən isə evdə olmayan “adamı” çıxartmaq üçün polis çağırırlar. Belə hallarda polis ev sahiblərinin və ya kirayəçilərin zarafata salındığını əvvəlcədən bilmədiyi üçün hüquq-mühafizə orqanları bu kimi şikayətlərə tam ciddiyyətlə yanaşır.
         Valideynlərin evdə tanımadıqları bir şəxsin uşaqlarını girov saxlaya biləcəyindən ehtiyat edərək polisə müraciət etmələri nəticəsində, hadisəyə müdaxilə zamanı yeniyetmələrin özləri də hüquq-mühafizə əməkdaşlarının hərəkətlərindən zərər görə bilərlər. Rəsmilərin izahına görə, bəzi hallarda bu cür çağırışlara hətta xüsusi təyinatlı polis qüvvələri də cəlb olunur. Bundan əlavə, yalançı zənglər fövqəladə xidmətləri real hadisələrdən yayındırır və bu, cəmiyyət üçün ciddi problem yaradır. Nəhayət, bu tip zarafatların özü evsiz insanları qeyri-insani göstərir və bu, sosial baxımdan mənfi bir tendensiyadır. Üstəlik, bu, yeniyetmələrin valideynlərini gərginləşdirir və onları impulsiv davranışlara sövq edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    xAI oyunlar və robotlar üçün virtual dünyalar yaradacaq
    xai-oyunlar-ve-robotlar-ucun-virtual-dunyalar-yaradacaq
    Süni intellekt ABŞ iqtisadiyyatını resessiyadan xilas edib
    suni-intellekt-abs-iqtisadiyyatini-resessiyadan-xilas-edib
    OpenAI süni intellekt modelləri siyasi mövzularda qərəzlilik testlərindən keçiblər
    openai-suni-intellekt-modelleri-siyasi-movzularda-qerezlilik-testlerinden-kecib
    Süni intellekt balonunun partlama ehtimalı barəsində xəbərdarlıq edilib
    suni-intellekt-balonunun-partlama-ehtimali-baresinde-xeberdarliq-edilib
    İnsanlar süni intellekti internetdən daha tez qəbul etdilər
    insanlar-suni-intellekti-internetden-daha-tez-qebul-etdiler