Apple-ın yeni açıqlamalarını verdiyi WWDC 2024 tədbirindən sonra Samsung, yenə də ən böyük rəqibini ələ salmaqdan çəkinməyib. Şirkət, "Samsung Mobile US" adlı X hesabında etdiyi paylaşımlarla özünün daha qabaqcıl xüsusiyyətlərə sahib olduğunu vurğulayıb.
Sabitlənmiş paylaşımında Samsung, Galaxy AI xüsusiyyət paketini saya biləcəyindən daha çox modelə verdiyini və başqa bir yazıda "Apple" sözünün əlavə edilməsinin yeni və ya yenilikçi bir şey etmədiyini bildirib. Bundan əlavə, şirkət, digər paylaşımlarında bir çox xüsusiyyətlərin Samsung tərəfindən illər əvvəl tətbiq edildiyini də ifadə edib.