
Telegram kanallarında avtomatik tərcümə və s. yeni funksiyalar istifadəyə verilib
Sosial Media
12.05.2025
Emil Nəcəfov
Telegram son günlər ərzində ikinci böyük yeniləməni elan edib. Hədiyyə sevənlər üçün yeni ticarət platformasında onları təhlükəsiz şəkildə almaq və satmaq imkanı yaradılıb, Stories paylaşımlarını sevənlər bir neçə belə paylaşımı eyni anda paylaşa bilmək özəlliyini əldə ediblər, kanal sahibləri isə paylaşımların avtomatik tərcüməsini aktiv edə bilərlər. Messencerin auditoriyası yanvar ayında kolleksiya hədiyyələrinin təqdim olunmasını böyük həvəslə qarşıladı - bəzi kolleksiyalar demək olar ki, dərhal satılıb qurtardı. İndi isə bu hədiyyələri platformanın daxili valyutası olan Telegram Ulduzları ilə yeni ticarət platformasında almaq və satmaq imkanı mövcuddur.

Lazımi hədiyyəni tapmaq üçün bir sıra filtr mövcuddur, o cümlədən “Təkrar satış” filtri - bu, nadir və təkmilləşdirilmiş nümunələri tapmağa kömək edir. Alınmış hədiyyəni tez bir zamanda ünvan sahibinə göndərmək imkanı da var. Kolleksiya hədiyyəsini satmaq üçün onu profilinizdə açmaq və “Sat” düyməsini klikləmək kifayətdir - hədiyyə həm marketplace-də, həm də satıcının profilində görünəcək və onu bütün kontaktlar və abunəçilər görə biləcəklər. Həmçinin “Satışdan çıxar” düyməsi də mövcuddur. Stories redaktoru indi bir dəfəyə bir neçə foto və video paylaşmağa imkan verir.

Əgər redaktorda 60 saniyədən uzun video açılırsa, o, avtomatik olaraq bir neçə hissəyə bölünür və eyni anda paylaşılmaq üçün əlçatan olur. Mesajların tərcümə imkanları genişlənib. Kanal sahibləri artıq bu funksiyanı standart olaraq aktiv edə bilərlər ki, abunəçilər paylaşımları birbaşa öz ana dillərində görsünlər - bu funksiyanı asanlıqla söndürmək və paylaşıma orijinal formada baxmaq mümkündür. Telegram-da kanalların imkanları, istifadəçilərdən aldıqları səslər əsasında genişlənir və indi platforma administrasiyası hər növbəti səviyyəyə çatmaq üçün tələb olunan səs sayını azaldıb.

Mənbə: Telegram
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Telegram təhlükəsiz qrup zənglərini və s. yeni funksiyaları əldə edib

Telegram təhlükəsiz qrup zənglərini və s. yeni funksiyaları əldə edib
Telegram administrasiyası messencer üçün böyük bir yeniləmə təqdim edib. Bu yeniləmə ilə şifrələnmiş qrup zəngləri, biznes üçün hesabların avtomatlaşdırılması, hədiyyələrin idarə olunması üçün yeni tənzimləmələr, hesabın bloklanmasına etiraz imkanı və mobil tətbiqlərdə yeni jest əmrləri əlavə olunub.
Pavel Durov hansı halda Telegram-ı bağlayacağını açıqlayıb

Pavel Durov hansı halda Telegram-ı bağlayacağını açıqlayıb
Telegram mesajlaşma xidmətinin mövcud olduğu bütün tarix boyu istifadəçilərin şəxsi mesajlarından bir bayt belə açıqlanmayıb. Bu barədə servisin qurucusu Pavel Durov bəyan edib.
Çinin ucuz Android smartfonlarına WhatsApp və Telegram-ı imitasiya edən viruslar quraşdırılır

Çinin ucuz Android smartfonlarına WhatsApp və Telegram-ı imitasiya edən viruslar quraşdırılır
Rusiyanın antivirus şirkəti Dr.Web-in analitikləri bildiriblər ki, 2024-cü ilin iyun ayından etibarən ən ucuz Çin smartfonlarını təhlil edərkən bu cihazlarda sistematik şəkildə əvvəlcədən quraşdırılmış WhatsApp və Telegram kimi maskalanmış troyan virusları aşkarlayıblar.
Telegram-da 100 nəfərlik qrup zəngləri test edilir

Telegram-da 100 nəfərlik qrup zəngləri test edilir
Telegram-ın Android üçün olan beta versiyasında qrup zəngləri funksiyası istifadəyə verilib. Bu funksiya eyni anda bir qrupda 100 istifadəçiyə qədər ünsiyyət qurmağa imkan verir.
Süni zəka əsaslı Grok çat-botu Telegram-a inteqrasiya edilib

Süni zəka əsaslı Grok çat-botu Telegram-a inteqrasiya edilib
xAI şirkətinə məxsus süni zəka əsaslı Grok çat-botu artıq Telegram-a inteqrasiya edilib. Bu barədə sosial şəbəkə X-də onun sahibi Elon Musk məlumat verib.
Həftənin xəbərləri

