main-post-cover

    Telegram videolarına reklamlar inteqrasiya ediləcək

    Sosial Media
    14.07.2025
    Emil Nəcəfov
         Telegram Ads reklam platformasında yeni bir reklam yerləşdirmə formatı istifadəyə verilib - Banner in Video, yəni videokontentə yerləşdirilən banner reklamı. Məlumata əsasən, bu yeni format kontenti dayandırmadan və istifadəçidə narahatlıq yaratmadan videokontentin baxışı zamanı reklam mesajı əlavə etməyə imkan verir. Reklam ekranın alt hissəsində mətn bloku şəklində yerləşdirilir və əsas məzmunu örtmür. Bu funksiya yalnız Users modeli üzrə hədəfləmə zamanı - yəni konkret Telegram kanallarının abunəçilərinə və ya əvvəlcədən formalaşdırılmış auditoriyalara yönəlik reklam kampaniyaları üçün əlçatandır. Yeni format Channels, Bots Search modelləri üzrə hədəfləməni dəstəkləmir.
         Məlumatda qeyd olunub ki, bu formatda reklamın yüksək görünürlüyü artıq davam edən kampaniyalar çərçivəsində reklam əhatəsini artırmağa imkan verir. Banner in Video formatında reklamın əsas qiyməti hər 1000 baxış üçün (CPM) 1 avrodan başlayır. Politics & Incidents kateqoriyası üçün isə qiymət daha ucuzdur - 0.5 avrodan başlayır. Reklam mətninin maksimal uzunluğu 160 simvol, başlıq üçün 40 simvol, URL üçün isə 256 simvol təşkil edir. İstiqamətləndirmə üçün açılış səhifəsi kimi veb sayt, Telegram kanalı, çat-bot, profil və ya dəvət linki göstərilə bilər.
         Əgər trafik Telegram kanalına yönəldilirsə, reklamın başlığı həmin kanalın rəsmi adı olacaq. Reklam video başladıqdan 5 saniyə sonra avtomatik aktivləşir və 30 saniyədən sonra və ya istifadəçi tərəfindən hər hansı bir hərəkət olduqda daha tez yoxa çıxır. Yeni reklam göstərimi əvvəlki elan bağlandıqdan ən azı 120 saniyə sonra baş verə bilər. Bu ilin əvvəlində messencerdə axtarış sətrində elanların yerləşdirilməsi və çat-botlar daxilində reklamların göstərilməsi imkanı əlavə edilib. Bundan əlavə, Telegram Ads platformasında Pixel Tag adlı bir alət təqdim olunub. Bu alət, istifadəçinin reklamla qarşılıqlı əlaqəsindən sonra xarici saytlarda baş verən konversiyaları (məqsədli hərəkətləri) izləməyə imkan verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Telegram-da tapşırıq siyahıları və digər yeniliklər istifadəyə verilib
    telegram-da-tapsiriq-siyahilari-ve-diger-yenilikler-istifadeye-verilib
    Pavel Durov Telegram-ı heç zaman satmayacağını bildirib
    pavel-durov-telegram-i-hec-zaman-satmayacagini-bildirib
    Pavel Durov Fransa hökuməti tərəfindən ona qarşı sürülmüş ittihamları absurd hesab edir
    pavel-durov-fransa-hokumeti-terefinden-ona-qarsi-surulmus-ittihamlari-absurd-hesab-edir
    Telegram səsli mesajların redaktəsi və s. yeni funksiyaları əldə edib
    telegram-sesli-mesajlarin-redaktesi-ve-s-yeni-funksiyalari-elde-edib
    Grok-un Telegram-a inteqrasiyası üzrə razılaşmanın artıq əldə olunduğu məlumatı təkzib edilib
    grok-un-telegram-a-inteqrasiyasi-uzre-razilasmanin-artiq-elde-olundugu-melumati-tekzib-edilib