TikTok 2023-cü ildə Azərbaycanda 2 milyondan çox videonu silib!
Sosial Media
01.04.2024
Farid Pardashunas
Aparıcı qısa video platforması TikTok platforma ictimaiyyətinin təhlükəsizliyini mütləq prioritet hesab edir və insanların yaradcılıqlarını göstərə, bir araya gələ və yeni biliklər qazana biləcəyi xoş mühit yaradır. Platformada təhlükəsizliyi qorumaq üçün TikTok, platformanın İcma Qaydalarını pozan məzmunu müəyyən etmək və ona qarşı tədbir görmək üçün innovativ texnologiyadan və peşəkarlardan ibarət komandalardan istifadə edir. Hazırda dünyada müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində danışan 40 000-dən çox insan TikTok-da istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün çalışır.
TikTok təhlükəsizlik təcrübələri ilə bağlı şəffafdır və mütəmadi olaraq aktiv şəkildə silinən videolar və hesablar haqqında məlumat yerləşdirir. Bu məlumat platformadan çıxarılan məzmunun həcmi və xarakteri haqqında məlumat verən İcma Təlimatlarının İcra Hesabatları vasitəsilə rüblük olaraq açıqlanır. Ən son İcma Təlimatlarının İcra Hesabatlarına əsasən, 2023-cü ilin dördüncü rübündə dünya üzrə:
- 176 461 963 video İcma Qaydalarının pozulması səbəbindən silinib. Bu, rübdə TikTok tərəfindən silinən ən yüksək video sayıdır.
- Silinmiş videoların 96,7%-i proaktiv şəkildə silinib. Proaktiv silinmə videonun xəbər verilməzdən əvvəl müəyyən edilməsi və silinməsi deməkdir.
- Videoların 89,9%-i yayımlandıqdan sonra 24 saat ərzində silinib.
- 8 012 732 canlı yayım qanun pozuntularına görə dayandırılıb.
Eyni müddət ərzində Azərbaycanda:
- 903 041 video İcma Qaydalarının pozulması səbəbindən silinib. Bu, 2023-cü ilin istənilən rübündə silinmiş videoların ən yüksək sayıdır.
- Silinmiş videoların ümumi sayının 98%-i platforma tərəfindən proaktiv şəkildə silinib.
- Videoların 95,8%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.
Ümumilikdə, 2023-cü il ərzində Azərbaycanda İcma Qaydalarını pozan 2 071 243 video silinib.
TikTok azyaşlı istifadəçilər kimi həssas qrupa xüsusi diqqət yetirir. TikTok 13 və daha yuxarı yaşlı istifadəçilər üçün platformadır və hər bir yeni istifadəçiyə tam doğum tarixi tələb olunan qeydiyyat forması təqdim olunur. Platformanın moderator komandası hesabın 13 yaşından kiçik istifadəçiyə aid ola biləcəyini göstərən əlamətləri aşkar etmək üçün təlim keçib. Təhlükəsizlik qrupu hesabın uşağa aid olduğuna inanarsa, o, bloklanacaq. TikTok, sahiblərinin 13 yaşdan kiçik ola biləcəyi üçün silinən hesabların sayını açıqlayan ilk böyük platforma oldu. Belə ki, 2023-cü ildə dünya üzrə 13 yaşdan kiçik 76 484 236 istifadəçi hesabı silinib.
TikTok həmçinin hər altı ayda bir dünyanın müxtəlif ölkələrinin hökumətlərindən gələn sorğular haqqında məlumatları ehtiva edən hesabatlar dərc edir, burada belə sorğuların sayını, görülən tədbirlərin və silinən məzmunun miqdarını açıqlayır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
TikTok-un ABŞ-da qadağan edilməsinə hədəflənmiş qanun rəsmi səviyyədə dəstəklənib
TikTok-un ABŞ-da qadağan edilməsinə hədəflənmiş qanun rəsmi səviyyədə dəstəklənib
ABŞ hökuməti öz ərazisində TikTok-un bloklanmasına və ya minimum ByteDance şirkətinin onu satmasına nail olmağa ciddi şəkildə hədəflənib.
TikTok-un ABŞ-da bloklanması mövzusu yenidən aktuallaşıb
TikTok-un ABŞ-da bloklanması mövzusu yenidən aktuallaşıb
Bu həftə ABŞ Nümayəndələr palatası yeni qanunvericilik layihəsini səsverməyə çıxaracaq. Reuters saytının vermiş olduğu məlumata əsasən yeni qanunvericilik layihəsi ByteDance şirkətini TikTok-un ABŞ biznesinin yerli şirkətlərdən birinə satılmasına məcbur etməyə hədəflənib.
Avropa Komissiyası TikTok-a qarşı istintaqa start verib
Avropa Komissiyası TikTok-a qarşı istintaqa start verib
Avropa Komissiyasının TikTok-a qarşı istintaqa start verdiyi məlum olub.
TikTok-un Apple Vision Pro üçün tətbiqi istifadəyə verilib
TikTok-un Apple Vision Pro üçün tətbiqi istifadəyə verilib
ByteDance şirkəti TikTok-un Apple Vision Pro üçün nəzərdə tutulmuş xüsusi versiyasını anons edib.
TikTok platforması YouTube-yə çevirilir?!
TikTok platforması YouTube-yə çevirilir?!
Ortaya çıxdığı zamandan bu günə qədər üfüqi videolarla populyarlaşmağı bacaran TikTok tətbiqi indi də şaquli videolarla YouTube-yə bənzəməyə çalışır.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!