main-post-cover

    TikTok-da faktların yoxlanılması sistemi istifadəyə verilib

    Sosial Media
    30.07.2025
    Emil Nəcəfov
         TikTok-da faktların yoxlanılması üçün TikTok Footnotes adlı yeni funksiya istifadəyə verilib. Bu funksiya sosial şəbəkə X-dəki Community Notes sisteminə bənzəyir. Yeni sistem istifadəçilərə videolara qısa qeydlər şəklində izahlar əlavə etməyə imkan verir. Məqsəd etibarlı mənbələrə əsaslanaraq yalan məlumatların yayılmasının qarşısını almaqdır. Məlumata görə, bu funksiya hələlik yalnız ABŞ-da və pilot rejimdə mövcuddur. Hazırda Footnotes proqramında iştirakçı kimi təxminən 80 000 istifadəçi təsdiqlənib.
         Alqoritm elə qurulub ki, qeydlər əvvəlcə yalnız proqram iştirakçılarına görünəcək, lakin kifayət qədər “faydalı” qiyməti topladıqdan sonra bütün istifadəçilərə açılacaq. İstifadəçilər həmçinin platforma qaydalarını pozan qeydlər barədə şikayət edə bilərlər. Eyni zamanda, TikTok yeniyetmələrin valideynləri və qəyyumları üçün nəzərdə tutulan Family Pairing adlı xidməti təqdim edib. Bu xidmət digər istifadəçilər tərəfindən görünən video, Stories və ya foto paylaşımları barədə bildirişlər təqdim edir.
         Həmçinin 16-17 yaşlı yeniyetmələrin məxfilik ayarları ilə bağlı məlumat verir - məsələn, onların kontentinin yüklənməsi imkanı və izlədikləri hesabların görünməsi. Valideynlər həmçinin “Mövzuların idarə olunması” seçimində yeniyetmənin hansı mövzuları seçdiyini də görə bilirlər. Bundan əlavə, kontent müəlliflərinə videoları altında təhqiredici və arzuolunmaz şərhləri filtrdən keçirmək üçün əlavə alətlər təqdim olunub. TikTok-un açıqlamasına görə, bütün bu tədbirlər platformanın təhlükəsizliyini və şəffaflığını artırmaq məqsədi daşıyır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ABŞ TikTok-dan tövsiyə alqoritmlərini tələb edir
    abs-tiktok-dan-tovsiye-alqoritmlerini-teleb-edir
    TikTok-un sahibi ByteDance öz AR cihazını hazırlamağı planlaşdırır
    tiktok-un-sahibi-bytedance-oz-ar-cihazini-hazirlamagi-planlasdirir
    TikTok artıq ABŞ-dakı biznesinin restrukturizasiyasına start verib
    tiktok-artiq-abs-daki-biznesinin-restrukturizasiyasina-start-verib
    ABŞ üçün CapCut-ın xüsusi versiyası hazırlanır
    abs-ucun-capcut-in-xususi-versiyasi-hazirlanir
    TikTok-un ABŞ üçün xüsusi versiyası hazırlanır
    tiktok-un-abs-ucun-xususi-versiyasi-hazirlanir