TikTok-un ABŞ-da bloklanması qlobal internetin parçalanma prosesini sürətləndirə bilər
Sosial Media
06.05.2024
Farid Pardashunas
Dünya güclərinin qarşıdurmaları fonunda mütəxəssislər qlobal internetin parçalanmasına və ayrı-ayrı ölkələrin rəqəmsal izolyasiyasına dair narahatedici tendensiyanı müşahidə edirlər. TikTok-un ABŞ-da potensial bloklanma vəziyyəti bu narahatlığı daha da gücləndirir. TikTok ABŞ qanunvericilərinin ciddi diqqətləri altında qalmağa davam edir. Belə ki, ABŞ hökuməti sözügedən məşhur servisin Çin hökuməti ilə əlaqəli olmasından və onun amerikalı istifadəçilərin özəl məlumatlarının konfidensiallıqları ilə milli təhlükəsizliyə təhlükə mənbəyi olacağından narahatdır. TikTok rəsmi Vaşinqtonun bu şübhələrini aradan qaldırmaq üçün son illərdə iki dəfə öz rəhbərini dəyişib.
Lakin bir neçə müddət bundan öncə prezident Joe Biden tərəfindən imzalanmış qanun layihəsi ByteDance şirkəti qarşısına iki seçim variantını qoyur. Ya şirkət TikTok-u 2025-ci ildən gec olmamaq şərtilə satmalıdır ya da servis ABŞ ərazisində tamamilə bloklanacaq. 2020-ci ildə TikTok-un icraçı direktoru qismində Disney-in top meneceri Kevin Mayer təyin edilmişdi. Lakin o, sözügedən vəzifədə bir neçə ay çalışdı. Daha sonra isə TikTok-un icraçı direktoru qismində Chew Shou Zi təyin edildi. O isə öz növbəsində TikTok-un rəhbəri vəzifəsində 3 il çalışdı. Lakin hər iki halda da ABŞ hökumətinin şübhələrini aradan qaldırmaq mümkün olmadı.
Hətta amerikalı istifadəçilərin konfidensial məlumatlarının ABŞ ərazisində saxlanaraq emal edilməsinə hədəflənmiş “Texas” layihəsinə yatırılmış milyardlarla dollar investisiya ilə minlərlə yeni iş yerinin yaradılması kimi addımlar da vəziyyəti düzəldə bilmədi. Digər tərəfdən isə bu məşhur platformanın ABŞ-da bloklanması qlobal internetin hər bir ölkənin milli idarəsinə sahib ayrı-ayrı hissələrə parçalanması mövzusunda neqativ nəticəyə səbəb ola bilər. Artıq indi qərbin internet servislərinin Çin və Rusiyada, eləcə də Asiyanın internet servislərinin qərbdə bloklanma halları yaşanır. TikTok ətrafında olan mövcud vəziyyət isə bu tendensiyanı daha da sərtləşdirir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
TikTok əməkdaşları ABŞ dövlət sərhədində ciddi yoxlanışa məruz qalıblar
TikTok əməkdaşları ABŞ dövlət sərhədində ciddi yoxlanışa məruz qalıblar
ABŞ hökumətinin TikTok-a qarşı olan təzyiqinin fonunda bu məşhur sosial platformanın əməkdaşları ABŞ dövlət sərhədində ciddi yoxlanışa məruz qalıblar.
TikTok Avropada da bloklana bilər
TikTok Avropada da bloklana bilər
Keçən həftə ABŞ prezidenti Joe Biden öz ölkəsinin ərazisində TikTok-un bloklanmasına dair qanun layihəsini imzaladı.
TikTok-un Türkiyədə qadağan edilməsinə dair qanun layihəsi hazırlanır
TikTok-un Türkiyədə qadağan edilməsinə dair qanun layihəsi hazırlanır
Dünyanın ən məşhur sosial platformalarından biri olan TikTok Türkiyədə qadağan edilə bilər.
ByteDance şirkəti TikTok-u amerikalılara satmaq niyyətində deyil
ByteDance şirkəti TikTok-u amerikalılara satmaq niyyətində deyil
Dünən məlum oldu ki, ABŞ prezidenti Joe Biden, TikTok-un ABŞ ərazisində bloklanmasına istiqamətlənmiş qanun layihəsinin sənədini imzalayıb.
Joe Biden TikTok-un ABŞ ərazisindaə bloklanması qanununu imzalayıb
Joe Biden TikTok-un ABŞ ərazisindaə bloklanması qanununu imzalayıb
Dünən məlum oldu ki, ABŞ Konqresinin Nümayəndələr palatasının ardınca ABŞ Senatı da TikTok-un ABŞ ərazisində bloklanmasına hədəflənmiş qanun layihəsinin qəbulunu təsdiqləyib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ