Vine geri qayıdıb!
Sosial Media
20.11.2025
Sevinc Miralizade
Technote.az "Mashable" platformasına istinadən bildirir ki, Vine platforması diVine adı ilə yenidən təqdim olunub. Platforma Jack Dorsey-in dəstək verdiyi “And Other Stuff” adlı qeyri-kommersiya kollektivinin maliyyələşdirdiyi yeni layihədir.
Cümə axşamı istifadəyə verilən platforma Vine-a çox bənzər vizual üsluba malikdir, yenə altı saniyəlik videolara əsaslanır və ən əsası köhnə Vine arxivini də özündə birləşdirir. TechCrunch-un məlumatına görə, istifadəçilərə 100,000-dən çox arxiv Vine videosu təqdim olunacaq. TikTok da bir çoxları tərəfindən Vine-ın mənəvi davamçısı kimi qəbul edilirdi və bu səbəbdən platformanın yenilənmiş formada qayıtması gözlənilən idi. Hətta Elon Musk da keçmişdə Vine-ı yenidən işə salacağı ilə bağlı açıqlamalar vermişdi.
Yeni platformanın ən diqqətçəkən cəhətlərindən biri isə AI istifadəsinə tam qadağadır. Qeyd olunub ki, platformada AI ilə yaradılmış heç bir məzmun dərc edilə bilməyəcək və sistem tərəfindən avtomatik bloklanacaq. Bu yanaşma son dövrlərdə sosial şəbəkələrdə AI ilə yaradılmış saxta və aşağı keyfiyyətli məzmunun artmasına bir cavab kimi qiymətləndirilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elon Musk Vine video arxivini bərpa edəcəyinə söz verib
Elon Musk Vine video arxivini bərpa edəcəyinə söz verib
Hazırda X adlanan (əvvəlki Twitter) platformanın sahibi olan Elon Musk şirkətin bir zamanlar məşhur olmuş qısa video tətbiqi Vine-ın video arxivini tapdığını elan edib.
Vine süni intellekt vasitəsilə geri qayıdır
Vine süni intellekt vasitəsilə geri qayıdır
Bir zamanlar məşhur, Twitter-ə məxsus olmuş və təxminən 9 il əvvəl bağlanmış qısa video platforması Vine yenidən fəaliyyətə başlamağa hazırlaşır. Lakin bu dəfə tətbiq süni intellekt texnologiyasından istifadə edəcək.
Həftənin xəbərləri