main-post-cover

    X-də (keçmiş Twitter) iki yeni tarif planı istifadəyə verilib

    Sosial Media
    30.10.2023
    Emil Nəcəfov
         Hələ bir neçə müddət bundan öncə Elon Musk elan etmişdi ki, X-də (keçmiş Twitter) iki yeni tarif planı istifadəyə veriləcək. İndi isə məlum olub ki, X-də həqiqətən də iki yeni tarif planı istifadəyə verilib. İstifadəyə verilmiş iki yeni tarif planından birincisi baza tarif planıdır və onun aylıq qiyməti 3$ təşkil edir. İkinci tarif planı isə Premium+ adlanır və onun aylıq qiyməti 16$ təşkil edir. Baza tarifin özəlliyi ondan ibarətdir ki, o, sosial şəbəkənin əsas funksiyalarından istifadə etməyə imkan verir.
         Lakin bu tarif planında istifadəçiyə reklam elanları olduğu kimi sərgilənməyə davam ediləcək. Premium+ tarifi isə sosial şəbəkənin bütün imkanlarından istifadə etməyə imkan verir və istifadəçini reklam elanlarından azad edir. Yəni Premium+ istifadəçilərinə X daxilində heç bir reklam elanı sərgilənməyəcək. Lakin hal hazırki mərhələdə Premium+ tarifinin bu üstünlüyü X-in yalnız veb versiyasında aktivdir. X-in mobil tətbiqində Premium+ istifadəçilərinə reklamlar hələ ki, sərgilənməyə davam edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elon Musk X-i (keçmiş Twitter) maliyyə mərkəzinə çevirməyi planlaşdırır
    elon-musk-x-i-kecmis-twitter-maliyye-merkezine-cevirmeyi-planlasdirir
    X-də (keçmiş Twitter) audio və video zənglər funksiyası istifadəyə verilib
    x-de-kecmis-twitter-audio-ve
    Elon Musk X üçün (keçmiş twitter) iki yeni tarif planını anons edib
    elon-musk-x-ucun-kecmis-twitter-iki-yeni-tarif-planini-anons-edib
    Elon Musk X-i (keçmiş Twitter) Avropada deaktiv edə bilər
    elon-musk-x-i-kecmis-twitter-avropada-deaktiv-ede-biler
    X-in (keçmiş Twitter) yeni istifadəçiləri məcburi illik ödəniş etməli olacaqlar
    x-in-kecmis-twitter-yeni-istifadecileri-mecburi-illik-odenis-etmeli-olacaqlar