main-post-cover

    Xiaomi, Hindistanda yeni telefon markasını təqdim etmək üçün Apple-ın "Crush" reklamını təqlid edib!

    Sosial Media
    21.05.2024
    Farid Pardashunas

         Xiaomi markası yeni smartfon modelini təqdim etmək üçün Apple-ın iPad Pro reklamına bənzər reklam videosunu yayımlayıb.

         Apple-ın bu yaxınlarda yayımladığı və yaradıcı alətlərin yaxından çəkilişlərini əks etdirən iPad Pro reklamı ağır metaforasına görə tənqidlərə səbəb olmuşdu. Samsung, Apple-ın "Crush" adlanan bu reklamını ələ salarkən, Xiaomi şirkəti yeni təqdim olunacaq smartfonu üçün eyni tipdə reklamını çarxını yayımlayıb.
         Ötən günlərin birində Xiaomi, X-də (keçmiş Twitter) Apple-ın iPad Pro reklamına olduqca bənzəyən videonu yayımlayıb. Lakin bu dəfə əzilən əşyaların əvəzinə, əzici səth yarıda dayanır və sonra isə ekranda "Ci" və "Vi" hərflərinin qırmızı ilə vurğulandığı "Cinematic Vision" mətni ortaya çıxır. Bu hərflər Xiaomi-nin gənclər üçün smartfon seriyası olan “Civi” sözünü ehtiva edir. Xiaomi-nin "Civi" model smartfonları indiyə qədər yalnız Çində satışa təqdim olunurdu və ən son smartfon modeli isə "Xiaomi Civi 4 Pro" olaraq adlanırdı.
    View post on X
         Rəsmi olaraq təsdiq olunmasa da, "Xiaomi 14 Civi"nin Hindistanda markanın ilk "Civi" telefonu və "Civi 4 Pro"nun rebrendinq edilmiş versiyası olacağı iddia edilir. Əgər bu iddialar doğrudursa, telefonun 120 Hz yeniləmə tezliyi ilə 6.55 düymlük 1.5K (2750 x 1236 piksel) AMOLED displeyinə sahib olacağı gözlənilir.
         Cihaz gücünü LPDRR5X RAMUFS 4.0 daxili yaddaş standartına sahib Snapdragon 8s Gen 3 prosessorundan alacaq. Kameralara gəlincə, arxa tərəfdə 50 meqapiksellik əsas, 50 meqapiksellik telefoto və 12 meqapiksellik ultra geniş obyektiv, ön tərəfdə isə selfilər üçün 32 meqapiksellik kamera sensoru olacaq. Cihaz 67 Vt-lıq doldurma dəstəyinə sahib 4700 mAh-lıq batareya tutumu ilə gələcək və Android 14 əsaslı HyperOS əməliyyat sistemilə qutudan çıxacaq.
     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    4-cü nəsil iPhone SE-nin hansı qiymətə sahib olacağı açıqlanıb
    4-cu-ne
    Redmi Pad Pro planşeti qlobal bazarda satışa çıxıb
    redmi-pad-pro-planseti-qlobal-bazarda-satisa-cixib
    Apple və OpenAI şirkətləri WWDC 2024 çərçivəsində birgə şəkildə böyük elana hazırlaşırlar
    apple-ve-openai-sirketleri-wwdc-2024-cercivesinde-birge-sekilde-boyuk-elana-hazirlasirlar
    iPhone 16 seriyası üçün iki yeni rəng variantı ortaya çıxıb!
    iphone-16-seriyasi-ucun-iki-yeni-reng-varianti-ortaya-cixib
    POCO-nun ilk planşetinin təqdimatı anons edilib
    poco-nun-ilk-plansetinin-teqdimati-anons-edilib