main-post-cover

    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb

    Sosial Media
    26.08.2025
    Emil Nəcəfov
         Son aylarda YouTube video platforması istifadəçilərin icazəsi olmadan videoları redaktə etmək üçün gizli şəkildə süni intellektdən istifadə edib. Dəyişikliklərdən sonra köynəklərdəki qırışlar daha aydın görünüb, dəri bəzi yerlərdə daha kobud, digərlərində isə daha hamar görünüb. Dəyişikliklər xırda olsa da, yutuberlərin sözlərinə görə, bu, onların kontentlərinə elə bir təəssürat yaradır ki, guya videonu tamamilə süni intellekt hazırlayıb. YouTube-da 5 milyondan çox abunəçisi olan musiqi kanalını idarə edən və təxminən 2000 video çəkmiş bloger Rick Beato, videoda bir az fərqli göründüyünü müşahidə edib. O, BBC-yə açıqlamasında deyib: “Mən düşündüm: “Lənət olsun, saçlarım qəribə görünür”. Nə qədər diqqətlə baxırdım, bir o qədər də elə gəlirdi ki, guya makiyaj olunmuşam”. Fərq o qədər kiçik idi ki, əvvəlcə yutuber bunun ona sadəcə elə gəldiyini düşündü.
         Beato-nun dostu, digər məşhur musiqi yutuber Rhett Shull isə öz paylaşımlarını araşdırmağa başlayaraq eyni qəribə detalları müşahidə etdi. O bildirib: “Əgər belə dəhşətli dərəcədə kəskin görüntü istəsəydim, onu özüm edərdim. Amma əsas məsələ odur ki, bu, elə görünür ki, guya süni intellekt tərəfindən yaradılıb”. Shull əlavə edib ki, bu hal auditoriyanın etimadını poza bilər. YouTube-un gizli redaktələrinə dair şikayətlər sosial şəbəkələrdə hələ iyun ayında ortaya çıxmışdı. Şirkət nəhayət təsdiqlədi ki, YouTube Shorts-da məhdud sayda videolarda bəzi dəyişikliklər edir. “Biz bəzi YouTube Shorts videolarında təcrübə aparırıq, ənənəvi machine learning texnologiyasından istifadə edərək emal zamanı bulanıqlığı aradan qaldırır, səs-küyü azaldır və videonun aydınlığını artırırıq (müasir smartfonların video çəkilişi zamanı etdikləri kimi)” - deyə YouTube-un redaksiya materialları və müəlliflərlə əməkdaşlıq şöbəsinin rəhbəri Rene Ritchie sosial şəbəkə X-də yazıb.
         “YouTube daim ən yaxşı video keyfiyyətini və istifadədə rahatlığı təmin etmək üzərində işləyir və bu funksiyaların hazırlanması və təkmilləşdirilməsi zamanı müəlliflərin və izləyicilərin rəylərini nəzərə almaqda davam edəcək” - o əlavə edib. ABŞ-ın Pittsburq Universitetində Dietrich adına dezinformasiya tədqiqatları kafedrasının müdiri Samuel Wooley hesab edir ki, YouTube videolarının istifadəçilərin xəbəri olmadan machine learning ilə redaktə edilməsi onlayn kontentə olan etimad sərhədlərini zəiflətmə riski daşıyır. O qeyd edib ki, hansı süni intellekt funksiyalarını aktivləşdirmək və ya etməmək barədə fərdi qərar verən smartfon sahibindən fərqli olaraq, bu halda biz istifadəçilərin kontentinə müdaxilə edən və həmin kontenti video müəlliflərinin razılığı olmadan geniş auditoriyaya yayan bir şirkətlə üz-üzəyik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    YouTube istifadəçilərin yaşını süni intellekt vasitəsilə təyin etməyə başlayıb
    youtube-istifadecilerin-yasini-suni-intellekt-vasitesile-teyin-etmeye-baslayib
    Smartfon istifadəçiləri mobil trafikin istifadəsində yeni rekordlar qırırlar
    smartfon-istifadecileri-mobil-trafikin-istifadesinde-yeni-rekordlar-qirirlar
    YouTube video yaradıcılarına nalayiq sözlər istifadə etməyə icazə verib
    youtube-video-yaradicilarina-nalayiq-sozler-istifade-etmeye-icaze-verib
    YouTube istifadəçilərin yaşını süni intellekt vasitəsilə təyin edəcək
    youtube-istifadecilerin-yasini-suni-intellekt-vasitesile-teyin-edecek
    YouTube streaming bazarında liderliyini qorumağa davam edir
    youtube-streaming-bazarinda-liderliyini-qorumaga-davam-edir