
YouTube videolarının sonlarındakı qıcıqlandırıcı tövsiyə pəncərələrini gizlətmək imkanı istifadəyə verilib
Sosial Media
25.09.2025
Emil Nəcəfov
YouTube videonun sonunda çıxan tövsiyə pəncərələrini gizlətmək imkanı əlavə edib, həmçinin masaüstü cihazlarda kanalın su nişanının üzərinə kursor gətirildikdə görünən “subscribe” düyməsini də ləğv edib. Hər iki dəyişiklik istifadəçi təcrübəsini yaxşılaşdırmağa yönəlib və kontent yaradılması alətlərinə təsir göstərmir. Bu həftə tətbiq olunan dəyişiklik istifadəçilərin videoya baxarkən diqqəti yayındıran elementlərdən şikayətləri əsasında həyata keçirilib. Şirkət nümayəndələri izah ediblər ki, düymənin təsiri yalnız cari videoya aiddir, bütün videolara yox.

Lazım gəldikdə isə “show” düyməsinə basmaqla sonluq ekranını geri qaytarmaq mümkündür. Məlumata görə, sınaq müddətində yeni funksiyanın baxış statistikasına ciddi təsiri olmayıb, “hide” düyməsinin istifadəsi isə tövsiyə olunan sonluq ekranlarına keçidlərin cəmi 1.5% azalmasına səbəb olub. Eyni zamanda platforma veb versiyada kanalın su nişanının üzərinə kursor gətirildikdə əvvəlcə çıxan “subscribe” düyməsini də ləğv edib. Platforma nümayəndələrinin açıqlamasına görə, bu dəyişiklik baxışı sadələşdirəcək və yaxşılaşdıracaq, çünki abunə düyməsi onsuz da hər videonun altında birbaşa göstərilir. Qeyd olunur ki, hər iki yenilik videolara sonluq ekranları və su nişanları əlavə etmək imkanına təsir etməyəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
YouTube Live üçün yeni imkanlar təqdim olunub

YouTube Live üçün yeni imkanlar təqdim olunub
Dünən keçirilmiş Made on YouTube tədbirində dünyanın ən böyük video platformasının administrasiyası canlı yayımların keyfiyyətini artırmağa yönəlmiş bir sıra yeni funksiyaları təqdim edib.
YouTube kontentin hərtərəfli optimizasiyası üçün yeni süni intellekt alətlərini təqdim edib

YouTube kontentin hərtərəfli optimizasiyası üçün yeni süni intellekt alətlərini təqdim edib
YouTube kanallarının sahibləri ənənəvi olaraq çoxsaylı funksiyaları yerinə yetirməli olurlar: kontenti moderasiya etmək, montajçı və fotoqraf kimi çıxış etmək, sosial şəbəkələrdə strategiya müəyyənləşdirmək, ideyalar yaratmaq və ssenarilər yazmaq.
YouTube videolarında müxtəlif məhsullara birbaşa keçidlər yerləşdirmək mümkün olacaq

YouTube videolarında müxtəlif məhsullara birbaşa keçidlər yerləşdirmək mümkün olacaq
YouTube öz platformasının növbəti 20 il inkişafına həsr olunmuş genişmiqyaslı Made On tədbiri keçirib. Tədbirdə platforma nümayəndələri onun gələcəyi barədə danışıb və kontentin monetizasiya üsullarını dəyişəcək yeni funksiyaları elan ediblər.
YouTube Shorts üçün yeni süni intellekt funksiyaları anons edilib

YouTube Shorts üçün yeni süni intellekt funksiyaları anons edilib
YouTube-da qısa videolar (Shorts) yaratmaq üçün yeni süni intellekt əsaslı alətlər təqdim olunacaq. Made on YouTube tədbiri çərçivəsində şirkət Google Veo 3 modelinin adaptasiya olunmuş versiyasını, həmçinin redaktə, remiks və kontent stilizasiya funksiyalarını elan edib.
YouTube son 4 ildə kontent müəlliflərinə 100 milyard dollardan çox vəsait ödəyib

YouTube son 4 ildə kontent müəlliflərinə 100 milyard dollardan çox vəsait ödəyib
YouTube bildirib ki, 2021-ci ildən bəri kontent müəlliflərinə, artistlərə və media şirkətlərinə 100 milyard dollardan çox ödəniş edib. Ötən il YouTube-un baş direktoru Neal Mohan bəyan etmişdi ki, 2021-2024-cü illər arasında müəlliflərə edilən ödənişlərin həcmi 70 milyard dollar təşkil edib.
Həftənin xəbərləri

