main-post-cover

    Sam Altman OpenAI şirkətinin CEO vəzifəsinə geri qayıdıb

    Startup və Biznes
    24.11.2023
    Emil Nəcəfov
         Bloomberg-in verdiyi məlumata əsasən Sam Altman-ın OpenAI şirkətinin CEO vəzifəsindən azad edilməsi öz növbəsində şirkətin vacib missiyası mövzusunda rəhbərlik ilə fikir ayrılığına səbəb olub. Məlumatda qeyd edilib ki, Altman-ın OpenAI şirkətinin CEO vəzifəsinə geri qayıtmasına baxmayaraq həllini gözləyən çoxlu sayda sual mövcuddur. Altman-ın şirkətə geri qayıtması ilə şirkətin direktorlar şurası nümayəndələri də dəyişib. Şirkətin müddətli yeni direktorlar şurasına Salesforce şirkətinin keçmiş CEO-su Bret Taylor, ABŞ-ın keçmiş maliyyə naziri Larry SummersQuora servisinin CEO-su Adam D’Angelo daxil olublar.
         Altman-ın özü isə hələ ki, direktorlar şurasına daxil olmayıb. Müddətli yeni direktorlar şurasının ilk işi OpenAI şirkətinin biznes məqsədləri ilə cəmiyyətin süni zəka risklərindən qorunması vacibliyi arasındakı tarazlığı formalaşdıra biləcək yeni rəhbərlərin tapılmasıdır. Şirkətin investorları həmçinin direktorlar şurasının investorlarla ünsiyyətdəki dəyişiklikləri də gözləyirlər. Bloomberg qeyd edib ki, Microsoft keçmiş direktorlar şurasının Altman-ı qovmaq barəsində səthi məlumatlar təqdim etməsindən qəzəblənmişdi. OpenAI şirkətinin digər bəzi investorları və əməkdaşları da Altman-ın işdən azad edilməsi səbəblərinin detallı şəkildə təqdim edilməməsindən narazı idilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI güclü süni zəkanın yaradılması istiqamətində heyrətləndirici sıçrayışa nail olub
    openai-guclu-suni-zekanin-yaradilmasi-istiqametinde-heyretlendirici-sicrayisa-nail-olub
    ChatGPT-də çat-botla səsli ünsiyyət funksiyası hamı üçün istifadəyə verilib
    chatgpt-de-cat-botla-sesli-unsiyyet-funksiyasi-hami-ucun-istifadeye-verilib
    Sam Altman-ın OpenAI şirkətinə qayıdışı rəsmi şəkildə elan edilib
    sam-altman-in-openai-sirketine-qayidisi-resmi-sekilde-elan-edilib
    OpenAI işçilərinin 95%-i şirkətdən ayrılmağa hazırdır
    openai-iscilerinin-95-i-sirketden-ayrilmaga-hazirdir
    Sam Altman Microsoft şirkətinə qoşulub
    sam-altman-microsoft-sirketine-qosulub