main-post-cover

    ABŞ-da süni zəka adi işçiləri yavaş-yavaş sıxışdırıb çıxartmağa başlayıb

    Süni İntellekt
    24.06.2024
    Emil Nəcəfov
         ABŞ-ın böyük şirkətlərinin yarısından çoxu (61%) daha öncə insanların yerinə yetirmiş olduqları tapşırıqların avtomatlaşdırılması istiqamətində gələn il süni zəka sistemlərinin inteqrasiyasını planlaşdırır. Söhbət, artıq bəzi gündəlik tapşırıqların yerinə yetirilməsində istifadə edilən ChatGPT və ona bənzər çat-botları tamamlayacaq süni zəka sistemlərindən gedir. Bu cür tapşırıqlara misal olaraq vakansiyalar ilə bağlı elanlar üçün mətnlərin, press-relizlərin, marketinq kampaniyalarının və s. tərtibatı. Süni zəka şirkətlərə xərcləri azaltmağa, gəlirləri artırmağa və işçilərin performanslarını yüksəltməyə yardımçı olur.
         Aparılmış sorğuda iştirak etmiş təşkilatların 60%-i, şirkətlərin isə 84%-i bildiriblər ki, onlar daha öncə adi insanların yerinə yetirmiş olduqları tapşırıqların avtomatlaşdırılması üçün proqram təminatı və digər texnoloji həllərə müraciət ediblər. Təşkilatların rəhbərləri süni zəkaya müxtəlif səbəblərə görə müraciət edirlər. Onların arasında işçilərə sərf edilən xərclərin azaldılması da var. Maliyyə direktorları bildiriblər ki, onlar süni zəka texnologiyalarını məhsulların keyfiyyətlərinin yüksəldilməsi, performansın artırılması, işçi qüvvəsinə sərf edilən xərclərin aşağı salınması və hətta bəzi işçiləri tamamilə əvəz etmək üçün inteqrasiya edirlər. Lakin mütəxəssislərin fikirlərinə əsasən qısamüddətli perspektivdə süni zəkanın ABŞ əmək bazarına böyük təsiri gözlənilmir.
         Şirkət rəhbərləri süni zəkanı yalnız bəzi boşluqları aradan qaldırmaq üçün istifadə edirlər. Lakin bununla belə yaxın illərdə bu mövzuda ciddi dəyişikliklər gözlənilir. Müəyyən müddətdən sonra hər bir istehlakçı öz şəxsi süni zəka köməkçisinə sahib olacaq. Həmin şəxsi süni zəka köməkçisi istehlakçıya bir çox məsələlərdə yardımçı olacaq. Bu isə əmək bazarının transformasiyasına səbəb olacaq. Bəzi işçilər həqiqətən də iş yerlərindən azad ediləcək. Lakin onların yerlərinə süni zəka operatorları qismində digər insanlar gələcəklər. Mütəxəssislərin sözlərinə əsasən məhz buna görə insanlar artıq indidən süni zəka əsaslı iş sistemlərindən istifadəyə yiyələnməlidirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nvidia DLSS, gələcəkdə generativ süni intellektdən istifadə edəcək!
    nvidia-dlss-gelecekde-generativ-suni-intellektden-istifade-edecek
    Hakerlər və dələduzlar süni zəkadan daha aktiv şəkildə istifadə etməyə başlayıblar
    hakerler-ve-deleduzlar-suni-zekadan-daha-aktiv-sekilde-istifade-etmeye-baslayiblar
    GPT-5, fəlsəfə doktoru səviyyəsində zəkaya sahib olacaq!
    gpt-5-felsefe-doktoru-seviyyesinde-zekaya-sahib-olacaq
    OpenAI şirkətinin həmtəsisçisi öz süni zəka şirkətini təsis edib
    openai-sirketinin-hemtesiscisi-oz-suni-zeka-sirketini-tesis-edib
    GPT-4 əsaslı çat-bot Turing testindən keçib
    gpt-4-esasli-cat-bot-turing-testinden-kecib