main-post-cover

    Anthropic şirkəti Claude Haiku 4.5 süni intellekt modelini təqdim edib

    Süni İntellekt
    17.10.2025
    Emil Nəcəfov
         Anthropic şirkəti Claude Haiku 4.5 adlı yeni süni intellekt modelini təqdim edib. Bu, şirkətin ən sadə modelinin yenilənmiş versiyasıdır. Tərtibatçıların sözlərinə görə, model Sonnet 4 səviyyəsində cavablar verir, lakin 3 dəfə ucuzdur və 2 dəfədən çox sürətlidir. Anthropic bu iddiasını test nəticələri ilə əsaslandırıb: Haiku SWE-Bench Verified kod yazma testində 73%, Terminal-Bench əmr sətri bacarıqları testində isə 41% nəticə göstərib. Bu göstəricilər Sonnet 4.5-dən aşağı olsa da, Sonnet 4, OpenAI GPT-5Google Gemini 2.5 modelləri ilə müqayisə oluna biləcək səviyyədədir.
         Model proqram təminatı və xidmətlərlə işləmə, kompüter idarəetmə bacarıqları, eləcə də şəkil analizi testlərində də oxşar nəticələr göstərib. Claude Haiku 4.5 artıq Anthropic şirkətinin bütün pulsuz tarif istifadəçiləri üçün əlçatandır. Şirkətin fikrincə, bu model süni intellekt əsaslı pulsuz məhsullar üçün ən uyğun seçimdir, çünki o, minimal server yüklənməsi ilə geniş imkanlar təqdim edir. Yüngülləşdirilmiş quruluş bir neçə Haiku əsaslı agentin paralel işləməsinə və ya onu daha mürəkkəb modellərlə birlikdə istifadəyə imkan verir. Məsələn, güclü Sonnet mürəkkəb planlaşdırma tapşırıqlarını yerinə yetirə, Haiku alt agentləri isə həmin tapşırıqları icra edə bilər.
         Buna misal olaraq Anthropic şirkətinin məhsul direktoru Mike Krieger nümunə göstərib. Yeni yüngülləşdirilmiş modelin istifadəsi üçün ən aydın ssenarilərdən biri, yüksək işləmə sürətinin son dərəcə vacib olduğu Claude Code adlı proqram kodu yazma xidməti olacaq. Claude Haiku 4.5 modelinin təqdimatından əvvəl Anthropic şirkəti 2 daha böyük versiyanı buraxmışdı: avqust ayında flaqman model Opus 4.1, sentyabrın sonunda isə orta səviyyəli model Sonnet 4.5 təqdim edilmişdi. Haiku modelinin əvvəlki versiyası isə ötən ilin dekabr ayında istifadəyə verilmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI tərkibində süni intellektin istifadəçi psxologiyasına təsiri üzrə xüsusi şura yaradılıb
    openai-terkibinde-suni-intellektin-istifadeci-psxologiyasina-tesiri-uzre-xususi-sura-yaradilib
    İtalyanlar süni intellekti kiçik külək turbinlərinə inteqrasiya ediblər
    italyanlar-suni-intellekti-kicik-kulek-turbinlerine-inteqrasiya-edibler
    Apple mətnləri digər analoqlardan 128 dəfə daha sürətlə tərtib edən süni intellekt modeli yaradıb
    apple-metnleri-diger-analoqlardan-128-defe-daha-suretle-tertib-eden-suni-intellekt-modeli-yaradib
    Neyron şəbəkələri internet aktivliyinin yalnız 1%-ni əhatə edirlər
    neyron-sebekeleri-internet-aktivliyinin-yalniz-1-ni-ehate-edirler
    Microsoft özünün sıfırdan hazırlamış olduğu MAI-Image-1 şəkil generatorunu təqdim edib
    microsoft-ozunun-sifirdan-hazirlamis-oldugu-mai-image-1-sekil-generatorunu-teqdim-edib