main-post-cover

    Böyük Britaniya baş naziri Keir Starmer: "Süni zəka bəzi dövlət qulluqçularını əvəz edə bilər"

    Süni İntellekt
    13.03.2025
    Emil Nəcəfov
         Böyük Britaniyanın baş naziri Keir Starmer süni zəkanın bəzi dövlət qulluqçularını əvəz edə biləcəyini bildirib. "Heç kim iş vaxtını süni zəka və ya rəqəmsal texnologiyaların daha sürətli və eyni keyfiyyət standartında yerinə yetirə biləcəyi tapşırıqlara sərf etməməlidir" - deyə Starmer qeyd edib. Baş nazirin çıxışından əsas məqamlar:
    - Dövlət idarəçiliyində rəqəmsal alətlərin tətbiqi və islahatlar vasitəsilə 45 milyard funt sterlinq (təxminən 58 milyard dollar) qənaət edilə bilər
    - Bu məbləğ süni zəkanın dövlət sektoruna tam inteqrasiyası nəzərə alınmadan hesablanıb
    - Texnologiya sahəsində 2000 nəfərlik təcrübəçi heyəti üçün yeni iş yerləri yaradılacaq
    - Tənzimləyici yük azaldılacaq və inkişafı ləngidən qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq genişləndiriləcək.
         Baş nazirin fikrincə, bu tədbirlər dövlət qulluqçularının iş effektivliyini artırmağa kömək edəcək. Onun əsas məqsədi dövlət xidmətlərinin yüksək keyfiyyətli və effektiv şəkildə təqdim olunmasına maneə yaradan amilləri aradan qaldırmaqdır. "İnsanların həyatını daha yaxşı edən üstün və yüksək effektiv dövlət xidmətlərinin göstərilməsinə mane olan problemləri həll etməliyik" - deyə o vurğulayıb. Starmer dövlət qulluqçularına ünvanladığı məktubda belə qeyd edib: "Bilirik ki, bir çoxunuz özünüzü bürokratiya içində sıxılmış hiss edirsiniz, səmərəsizlikdən məyus olursunuz və yeni texnologiyalardan istifadə edə bilmirsiniz. Sizin istedadınız çox uzun müddətdir ki, məhdudlaşdırılır".
    Mənbə: The Guardian
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çinin süni zəka sistemi real pilotları geridə qoyub
    cinin-suni-zeka-sistemi-real-pilotlari-geride-qoyub
    Süni zəka tərəfindən yazılmış məqalə ilk dəfə elmi rəy prosesindən uğurla keçib
    suni-zeka-terefinden-yazilmis-meqale-ilk-defe-elmi-rey-prosesinden-ugurla-kecib
    Google robotlara istiqamətlənmiş süni zəka modelini təqdim edib
    google-robotlara-istiqametlenmis-suni-zeka-modelini-teqdim-edib
    IBM CEO-su: "Süni zəka yaxın zamanda proqramçıları əvəz etməyəcək"
    ibm-ceo-su-suni-zeka-yaxin-zamanda-proqramcilari-evez-etmeyecek
    OpenAI bədii mətnlər tərtib edə bilən süni zəka modelini yaradıb
    openai-bedii-metnler-tertib-ede-bilen-suni-zeka-modelini-yaradib