main-post-cover

    Böyük şirkətlərin əksəriyyəti süni intellektin iş prosesinə inteqrasiyası səbəbilə maliyyə itkiləri ilə qarşılaşır

    Süni İntellekt
    09.10.2025
    Emil Nəcəfov
         Böyük Britaniyanın konsaltinq şirkəti EY (Ernst & Young) tərəfindən aparılmış tədqiqatın nəticələrinə əsasən, fəaliyyətinə süni intellekt tətbiq edən demək olar ki, bütün iri bizneslər müəyyən maliyyə itkiləri ilə üzləşiblər. Bu hallar çox vaxt normativ tələblərə əməl edilməməsi, yanlış nəticələrin əldə edilməsi, “qərəzlilik” və ya dayanıqlı inkişaf hədəflərinə mənfi təsir səbəbindən baş verir. Daha az hallarda isə şirkətlər nüfuz zərəri və hüquqi problemlərlə qarşılaşıblar. 2025-ci ilin iyul-avqust aylarında EY dünyada illik dövriyyəsi 1 milyard dollardan az olmayan şirkətlərdə süni intellektin tətbiqinə nəzarət edən 975 top-menecer arasında anonim sorğu keçirib. Ümumi biznes itkiləri 4.4 milyard dollar həcmində qiymətləndirilir.
         Gözləntilərlə müqayisədə gəlir artımı, xərclərin azaldılması və əməkdaşların məmnunluq səviyyəsi kimi göstəricilər gözləniləndən aşağı olub. Buna baxmayaraq, sorğuda iştirak etmiş şirkət nümayəndələri optimist mövqedədirlər və hesab edirlər ki, süni intellektin tətbiqi nəticə etibarilə əhəmiyyətli faydalar gətirəcək. EY nümayəndəsinin sözlərinə görə, süni intellekt şübhəsiz ki, biznesin məhsuldarlığını və səmərəliliyini artırır - eyni şərtlər daxilində əməkdaşlar daha çox tapşırıq yerinə yetirə və bunu daha sürətli şəkildə edə bilirlər. Lakin yaradılan əlavə dəyər o qədər də böyük deyil, çünki çox vaxt işin həcmi artır, amma bu, mütləq şəkildə xərclərin azalması və ya dərhal gəlir əldə edilməsi demək olmur.
         EY-nin tədqiqatı əsas diqqəti məsuliyyətli süni intellektin tətbiqinə yönəldib - bu, şirkətin süni intellekt idarəetməsi üçün daxili siyasət hazırlayıb-hazırlamadığını, istifadəçilərə aydın istismar qaydaları təqdim edib-etmədiyini və bu qaydalara nəzarəti həyata keçirib-keçirmədiyini qiymətləndirməyə imkan verən göstəricilər toplusudur. EY-nin məlumatına görə, “Responsible AI” (Məsuliyyətli Süni İntellekt) siyasətini daha ətraflı şəkildə hazırlamış şirkətlər daha yüksək satış göstəriciləri əldə etdiklərini, xərcləri azaltdıqlarını və əməkdaşların məmnunluq səviyyəsini yüksəltdiklərini bildiriblər. Qeyd etmək maraqlıdır ki, süni intellektin “qurbanı”na çevrilmiş digər konsaltinq nəhəngi Deloitte olub - şirkət Avstraliya hökumətinə saxta istinadlar, uydurma sitatlar və hətta tamamilə düzəldilmiş bir hissə olan Avstraliya Federal Məhkəməsinin “qərarı”nı ehtiva edən sənəd təqdim edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Avropa Komissiyası 10 əsas sahəyə süni intellektin inteqrasiyası üçün 1 milyard avro ayıracaq
    avropa-komissiyasi-10-esas-saheye-suni-intellektin-inteqrasiyasi-ucun-1-milyard-avro-ayiracaq
    Anthropic-in Claude Sonnet 4.5 süni intellekt modeli insanın niyyətini və özünün test edildiyini təyin etməyi öyrənib
    anthropic-in-claude-sonnet-45-suni-intellekt-modeli-insanin-niyyetini-ve-ozunun-test-edildiyini-teyin-etmeyi-oyrenib
    Elon Musk 2026-cı il üçün süni intellekt tərəfindən yaradılmış videooyunu söz verib
    elon-musk-2026-ci-il-ucun-suni-intellekt-terefinden-yaradilmis-videooyunu-soz-verib
    Süni intellekt çip bazarındakı satışları artırıb
    suni-intellekt-cip-bazarindaki-satislari-artirib
    Yeni üsul sadəcə 78 məlumat nümunəsi sayəsində süni intellekt agentini yaratmağa imkan verir
    yeni-usul-sadece-78-melumat-numunesi-sayesinde-suni-intellekt-agentini-yaratmaga-imkan-verir