
Britaniya hökuməti potensial qatillərin axtarışı üçün alqoritm hazırlayır
Süni İntellekt
09.04.2025
Emil Nəcəfov
Böyük Britaniyanın Ədliyyə Nazirliyi potensial qatilləri müəyyən etmək üçün nəzərdə tutulmuş bir alqoritm üzərində işləyir. “Qətllərin proqnozlaşdırılması layihəsi” (Homicide Prediction Project) çərçivəsində Britaniya polisinin məlumatlarından istifadə olunur - bu məlumatlara ehtimal ki, qurbanlar, şahidlər və şübhəlilərlə bağlı informasiyalar da daxildir. Layihənin mövcudluğu insan haqları ilə məşğul olan Statewatch təşkilatı tərəfindən “Məlumat azadlığı haqqında qanun” çərçivəsində göndərilən sorğular vasitəsilə üzə çıxarılıb.

Təqdim olunan sənədlərə əsasən, insan haqları müdafiəçiləri belə nəticəyə gəliblər ki, proqram 100 minlə 500 min nəfər arasında olan bir qrupun polis məlumatlarına əsaslanaraq hazırlanıb. Bu hesabatlar psixi sağlamlıq, qadağan olunmuş maddələrə aludəçilik, intihar və əlillik kimi həssas məsələləri də əhatə edir. Hüquq müdafiəçilərinin fikrincə, bu təşəbbüs cinayət-hüquq sisteminin əsasındakı struktur ayrı-seçkiliyi daha da gücləndirmək və genişləndirmək riski daşıyır.
“Bu layihə yalnız tədqiqat məqsədləri ilə həyata keçirilir. O, Əlahəzrətin Həbsxana və Probasiya Xidmətinin, həmçinin polisin məhkum olunmuş cinayətkarlarla bağlı mövcud məlumatları əsasında hazırlanıb. Məqsəd - sınaq müddətində olan şəxslərin ciddi zorakılıq törətmək ehtimalını daha yaxşı anlamağımıza kömək etməkdir. Hesabat uyğun zamanda dərc olunacaq” - deyə Ədliyyə Nazirliyinin nümayəndəsi The Guardian qəzetinə bildirib.
Mənbə: The Guardian
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Amazon şirkəti Nova Sonic adlı səsli süni zəka modelini təqdim edib

Amazon şirkəti Nova Sonic adlı səsli süni zəka modelini təqdim edib
Amazon səsi emal edə və təbii səslənən nitq yarada bilən Nova Sonic adlı generativ süni zəka modelini təqdim edib. Sürət, nitqin tanınması və danışıq keyfiyyəti üzrə aparılan testlərdə Nova Sonic özünü OpenAI və Google-un qabaqcıl səs modelləri ilə müqayisədə rəqabətədavamlı model kimi göstərib.
Google bəzi süni zəka mütəxəssislərinə digər şirkətlərə keçməmələri üçün ödəniş edir

Google bəzi süni zəka mütəxəssislərinə digər şirkətlərə keçməmələri üçün ödəniş edir
Kəskin rəqabət şəraitində Google bəzi süni zəka mütəxəssislərinə digər şirkətlərə keçməmələri üçün, sadəcə heç nə etməmək qarşılığında, 1 il ərzində ödəniş etməyə məcbur qalır.
Amazon mətnli təsvirlər əsasında videolar tərtib edən süni zəka modelini təqdim edib (VİDEO)

Amazon mətnli təsvirlər əsasında videolar tərtib edən süni zəka modelini təqdim edib (VİDEO)
Amazon yenilənmiş süni zəka modeli Nova Reel 1.1-i təqdim edib. Bu model istifadəçilərin mətn formatında təsvirləri əsasında 2 dəqiqəyə qədər video yaratmağa imkan verir.
Media sənayesi süni zəka üçün kontent oğurluğunun dayandırılmasını tələb edir

Media sənayesi süni zəka üçün kontent oğurluğunun dayandırılmasını tələb edir
The Verge xəbər verir ki, The New York Times, The Washington Post və The Guardian da daxil olmaqla yüzlərlə media şirkəti, süni zəkanın nəzarətsiz istifadəsindən kontenti qorumaq üçün ABŞ hökumətinə çağırış edən reklam kampaniyasına start veriblər.
Microsoft öz süni zəka modelləri üzərində çalışdığını təsdiqləyib

Microsoft öz süni zəka modelləri üzərində çalışdığını təsdiqləyib
Süni zəka sistemlərinin yaradıcısı OpenAI ilə əməkdaşlıq etməsinə və ona 13.75 milyard dollar investisiya yatırmasına baxmayaraq, Microsoft şirkəti öz süni zəka modellərini yaratmaqla məşğuldur.
Həftənin xəbərləri

