Britaniyada yayımlanmış televiziya proqramının aparıcısı qismində süni intellekt çıxış edib (VİDEO)
Süni İntellekt
21.10.2025
Emil Nəcəfov
     Channel 4 kanalında 20 oktyabr tarixində yayımlanmış Dispatches proqramı süni intellektin aparıcı kimi çıxış etdiyi ilk Britaniya televiziya proqramı olub - bu barədə channel4.com saytı məlumat verib. Britaniyanın sənədli televiziya proqramı Dispatches Birləşmiş Krallıqda və onun hüdudlarından kənarda baş verən aktual hadisələrdən bəhs edir. “Süni intellekt mənim işimi əlimdən alacaqmı?” mövzusuna həsr olunmuş bu sənədli filmdə süni intellektin avtomatlaşdırılmasının tibb, hüquq, moda və musiqi sahələrində iş yerlərini necə dəyişdirdiyi real nümunələrlə izah olunur. Lakin filmin sonunda bildirilir ki, müxtəlif yerlərdən reportajlar aparan proqramın aparıcısı tamamilə süni intellekt vasitəsilə yaradılıb.
     “Bəziləriniz bəlkə də fərqinə vardınız: mən mövcud deyiləm, bu hadisələri yerində işıqlandırmamışam. Mənim obrazım və səsim süni intellekt tərəfindən yaradılıb” - deyə süni intellekt aparıcısı bildirib və əlavə edib ki, yaxın illərdə süni intellekt hər bir insanın həyatına təsir göstərəcək. Bəlkə də o, bəzi insanların - o cümlədən çağrı mərkəzi operatorlarının, müştəri dəstək xidməti əməkdaşlarının və hətta televiziya aparıcılarının da - işini əllərindən alacaq. Süni intellektlə yaradılmış aparıcı Kalel Productions üçün reklamlar hazırlayan və neyroşəbəkələrdən istifadə edən Seraphinne Vallora adlı marketinq şirkəti tərəfindən hazırlanıb. Təlimatlar və istiqamətləndirmələr vasitəsilə kamera qarşısında incə emosional çalarları ifadə edə bilən realistik rəqəmsal insan obrazı yaradılıb. Channel4.com-un məlumatına görə, bu süni intellekt obrazı insandan demək olar ki, fərqlənmir.
     Layihə insanın ekrandakı varlığını inandırıcı şəkildə imitasiya etməyə imkan verən süni intellekt alətlərinin nə dərəcədə əlçatan hala gəldiyini nümayiş etdirir. “Channel 4 üçün süni intellekt aparıcısından istifadə ənənəyə çevrilməyəcək. Biz xəbərlər və aktual hadisələrdə diqqətimizi yüksək keyfiyyətli, yoxlanılmış, qərəzsiz və etibarlı jurnalistikaya yönəldirik - bu, süni intellektin bacarmadığı bir şeydir. Bununla belə, bu təcrübə süni intellektin nə qədər dağıdıcı potensiala malik olduğunu və auditoriyanın yoxlaya bilmədiyi məzmunla necə asanlıqla aldadıla biləcəyini xatırladan faydalı bir nümunədir” - deyə Channel 4-ün xəbər və aktual hadisələr şöbəsinin rəhbəri Louisa Compton bildirib. Dispatches həmçinin qeyd edib ki, Böyük Britaniyada rəhbərlərin demək olar 2/3-si artıq əvvəllər insanlar tərəfindən yerinə yetirilmiş tapşırıqlar üçün süni intellektdən istifadə edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI həmtəsisçisi Andrej Karpathy: "Süni intellekt agentləri ən azı 10 ildən sonra çalışa biləcəklər"
OpenAI həmtəsisçisi Andrej Karpathy: "Süni intellekt agentləri ən azı 10 ildən sonra çalışa biləcəklər"
Ötən həftə iştirak etmiş olduğu bir podkastda OpenAI-nin həmtəsisçilərindən biri olan Andrej Karpathy etiraf edib ki, funksional süni intellekt agentləri təxminən 10 il sonra real şəkildə işləməyə başlayacaqlar.
Süni intellekt yeniyetmələri daha sürətli düşünməyə vadar, lakin bir faktora mənfi təsir göstərir
Süni intellekt yeniyetmələri daha sürətli düşünməyə vadar, lakin bir faktora mənfi təsir göstərir
Süni intellekt yeniyetmələrin idrak proseslərini aktiv şəkildə dəyişdirir - onları daha sürətli düşünməyə vadar edir, lakin analiz dərinliyinə mənfi təsir göstərir. Bu nəticə Oxford University Press tərəfindən aparılmış yeni tədqiqatın əsas qənaətlərindəndir.
OpenAI bu il GPT-6 süni intellekt modelini istifadəyə verməyəcək
OpenAI bu il GPT-6 süni intellekt modelini istifadəyə verməyəcək
OpenAI şirkəti ilin sonuna qədər növbəti nəsil süni intellekt modelini - GPT-6-nı - təqdim etməyi planlaşdırmır. Lakin bu, şirkətin yeni böyük dil modellərini təqdim etməyəcəyi demək deyil.
İnternetdəki məqalələrin 50%-dən çoxu süni intellekt tərəfindən tərtib olunub
İnternetdəki məqalələrin 50%-dən çoxu süni intellekt tərəfindən tərtib olunub
Graphite agentliyinin məlumatına görə, 2020-ci ildən 2025-ci ilin may ayınadək dərc olunmuş 65 000 ingilis dilli məqalənin təhlili nəticəsində süni intellektin yaratdığı məqalələrin həcmi ilk dəfə insan tərəfindən yazılanlarla eyni səviyyəyə çatıb.
Anthropic şirkətində proqram təminatı kodunun 90%-i süni intellekt tərəfindən tərtib olunur
Anthropic şirkətində proqram təminatı kodunun 90%-i süni intellekt tərəfindən tərtib olunur
Anthropic şirkətinin rəhbəri Dario Amodei, Salesforce şirkətinin baş direktoru Marc Benioff ilə illik Dreamforce konfransındakı söhbət zamanı bildirib ki, baxmayaraq ki, Claude süni intellekt modeli artıq şirkətin əksər komandaları üçün kodun 90%-ə qədərini yaradır, insan faktoru hələ də zəruridir.
Həftənin xəbərləri