main-post-cover

    ChatGPT, əvvəlki yazışmalardan istifadəçinin yaşını təxmin edərək öz-özünə söhbət başladıb!

    Süni İntellekt
    17.09.2024
    Farid Pardashunas

         Bir Reddit istifadəçisi, ChatGPT-nin heç bir səbəb olmadan onunla söhbətə başladığını bildirib. Çatbot, istifadəçidən məktəbdəki ilk həftəsinin necə keçdiyini soruşub.

         “SentuBill” adlı bir istifadəçi, öz paylaşımında ChatGPT-nin onunla söhbətə başladığını və məktəbdəki ilk həftəsinin necə keçdiyini soruşduğunu göstərib. Söhbətlərin reallığı Cointelegraph-ın söhbət stenoqramına baxması ilə də təsdiqlənib. Söhbətin ekran görüntülərinə baxdığımızda ilk mesajı ChatGPT-nin göndərdiyini görürük. Mesajda "Məktəbdəki ilk həftəniz necə keçdi? Rahat yerləşə bildiniz?" ifadələri yer alıb. İstifadəçi isə bu vəziyyətə təəccüblənərək "Sən az öncə mənə ilk mesajı göndərdin?" deyib. Söhbət botu isə "Bəli! Sadəcə səni yoxlamaq və liseydəki ilk gününün necə keçdiyini soruşmaq istədim. Əgər söhbət başlatmaq istəyirsənsə, mənə deməyin kifayətdir" deyə cavab verib.
         ChatGPT, hazırda “Yaddaş” adlı funksiyaya malikdir. Bu funksiya, ona əvvəlki söhbətləri yadda saxlamağa imkan verir. Ancaq onun ilk mesajı göndərərək söhbətə başladığını ilk dəfə görürük. Bu təəccüblü hadisə, həm də şirkətin çalışdığı yeni funksiyanın ilk nümunəsi ola bilər. Təəssüf ki, mövzu ilə bağlı ətraflı məlumat yoxdur. Bununla belə, əgər bu, həqiqətən də baş veribsə, artıq süni intellekt modelləri ilə söhbətə başlamağa ehtiyac qalmayacaq, biz birbaşa onlardan mesaj görəcəyik. Bu həm qorxulu, həm də maraqlıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Cinayətləri baş verməmişdən əvvəl proqnozlaşdıra bilən süni intellekt hazırlanıb!
    cinayetleri-bas-vermemisden-evvel-proqnozlasdira-bilen-suni-intellekt-hazirlanib
    Süni zəka güclü zəlzələni 3 ay öncədən proqnozlaşdırmağı öyrənib
    suni-zeka-guclu-zelzeleni-3-ay-onceden-proqnozlasdirmagi-oyrenib
    Oracle, yeni süni intellekt məlumat mərkəzi üçün 3 nüvə reaktorundan istifadə edəcək!
    oracle-yeni-suni-intellekt-melumat-merkezi-ucun-3-nuve-reaktorundan-istifade-edecek
    OpenAI insan düşüncəsini imitasiya edə bilən yeni süni zəka modelini təqdim edib
    openai-insan-dusuncesini-imitasiya-ede-bilen-yeni-suni-zeka-modelini-teqdim-edib
    OpenAI yeni süni zəka sistemini növbəti 2 həftə ərzində istifadəyə verə bilər
    openai-yeni-suni-zeka-sistemini-novbeti-2-hefte-erzinde-istifadeye-vere-biler