main-post-cover

    Çin süni zəkanın inkişafına 1 trilyon yuan investisiya yatıracaq

    Süni İntellekt
    28.01.2025
    Emil Nəcəfov
         Technote.az Techpowerup.com platformasına istinadən bildirir ki, Çin hökuməti ölkədə zəka infrastrukturunun və xidmətlərinin kompleksli inkişafına yönəlmiş AI Industry Development Action Plan adlı proqram hazırlayıb. Bu məqsədlə növbəti beş il ərzindən sözügedən sahənin inkişaf etdirilməsinə ən azı 1 trilyon yuan (təxminən 138 milyard dollar) investisiya yatırılması planlaşdırılır.
         Qeyd olunur ki, AI Industry Development Action Plan təşəbbüsü, ABŞ-da süni zəkanın inkişafına yönəlmiş irimiqyaslı Stargate layihəsinə Çinin cavabıdır. Stargate layihəsi çərçivəsində OpenAI, SoftbankOracle şirkətləri birgə müəssisə yaradaraq, növbəti nəsil süni zəkanı dəstəkləmək üçün "fiziki və virtual infrastrukturun" inkişafı ilə məşğul olacaqlar. Bu layihədə Microsoft, ArmNVIDIA, həmçinin Yaxın Şərqdən olan MGX fondu iştirak edəcək. Ümumi investisiya həcminin 500 milyard dollara çatacağı gözlənilir.
         AI Industry Development Action Plan proqramını Çin Bankı (Bank of China) dəstəkləyəcək. Plan dörd əsas istiqaməti əhatə edir:
    1. Milli texnoloji müstəqilliyin gücləndirilməsi: Bu, xüsusilə ABŞ-ın artan sanksiyaları şəraitində vacibdir. Çin Bankı, süni zəka daxil olmaqla, innovativ texnologiyalarla məşğul olan müəssisələrə hərtərəfli dəstək göstərəcək.
    2. Süni zəka infrastrukturunun inkişafı: Bu, hesablama gücünün artırılması, yeni məlumat mərkəzlərinin və köməkçi obyektlərin tikintisini nəzərdə tutur.
    3. Süni zəka sahəsində innovasiyaların sürətləndirilməsi: Bu, ixtisaslaşmış tətbiqlərin hazırlanmasını əhatə edir.
    4. Süni zəkanın müxtəlif sahələrdə tətbiqinin təşviqi: Bura robototexnika, qabaqcıl materiallar, bioloji istehsal və s. sahələr daxildir.
         AI Industry Development Action Plan təşəbbüsünün əsas məqsədi, innovasiyaları sürətləndirmək, sənaye inkişafını təmin etmək və davamlı inkişaf üçün süni zəkaya yönəlmiş maliyyə ekosistemi yaratmaqdır.
         Qeyd etmək lazımdır ki, Çinli süni zəka startapı DeepSeek son günlərdə Silikon Vadisində səs-küy yaradıb: Şirkət məntiq yürüdən R1 adlı süni zəka modelini təqdim edib və onu tamamilə pulsuz istifadəyə verib. Bundan əlavə, DeepSeek minimal xərclərlə insan nəzarəti olmadan müstəqil öyrənə və inkişaf edə bilən modelin necə qurulacağına dair təlimatlar dərc edib. Bu, OpenAI daxil olmaqla, bir çox Qərb rəqiblərinə meydan oxuyur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    DeepSeek fotoların tərtibatı üçün süni zəka modelini təqdim edib
    deepseek-fotolarin-tertibati-ucun-suni-zeka-modelini-teqdim-edib
    Donald Trump və digərləri DeepSeek-in uğurlarını yüksək qiymətləndiriblər
    donald-trump-ve-digerleri-deepseek-in-ugurlarini-yuksek-qiymetlendiribler
    Çinin süni intellekt aləti DeepSeek: Texnoloji tərəqqi, yoxsa nəzarət mexanizmi?
    cinin-suni-intellekt-aleti-deepseek-texnoloji-tereqqi-yoxsa-nezaret-mexanizmi
    DeepSeek startapı süni zəka sahəsini alt-üst edib
    deepseek-startapi-suni-zeka-sahesini-alt-ust-edib
    Süni zəka 97%-lik dəqiqliklə ağciyər xəstəliklərini təyin etməyi öyrənib
    suni-zeka-97-lik-deqiqlikle-agciyer-xesteliklerini-teyin-etmeyi-oyrenib