main-post-cover

    Elon Musk: "2025-ci ilin sonuna kimi süni zəka istənilən insanın zəkasından daha güclü olacaq"

    Süni İntellekt
    26.12.2024
    Emil Nəcəfov
         Elon Musk müxtəlif mövzular barəsində proqnozlar verməyi sevməklə tanınır. Bu dəfə o, süni zəka sahəsi ilə bağlı növbəti proqnozunu verib. Onun yeni proqnozu süni zəkanın nə zaman bütün insanlardan daha ağıllı ola biləcəyini əhatə edir. Musk-ın sözlərinə əsasən süni zəkanın inkişafı inanılmaz sürətlə gedir və insanlar bu inkişafla baş verən dəyişikliklərin miqyasını hələ dərk etmirlər. Musk-ın fikrincə 2025-ci ilin sonuna kimi süni zəka istənilən insanın zəkasından, 2027-2028-ci illərə kimi isə bütün insanlardan daha güclü olacaq.
           Proqnoza əsasən süni zəkanın 2030-cu ilə kimi zəka gücü mövzusunda bütün insanları geridə qoyma ehtimalı 100%-ə bərabərdir. Qeyd etmək lazımdır ki, OpenAI şirkətinin keçmiş əməkdaşı Leopold Aschenbrenner də hesab edir ki, süni zəka nəticə etibarilə insanlara faydadan çox zərər verə bilər. Onun proqnozlarına əsasən 2027-ci ilə kimi insan zəkası ilə eyni səviyyədə olacaq ümumi süni zəka (AGI) yaradılacaq. Onun fikrincə bu öz növbəsində mənfi nəticələrə səbəb ola bilər. Bu proqnozlar süni zəka inkişafının potensial riskləri barəsində xəbərdarlıqlara bənzəyirlər. Ümid var ki, Google və OpenAI kimi şirkətlər süni zəkadan təhlükəsiz və etik istifadəni təmin edəcək təhlükəsizlik tədbirlərini görürlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni zəka ənənəvi antivirus tətbiqlərini qeyri-effektiv edib
    suni-zeka-enenevi-antivirus-tetbiqlerini-qeyri-effektiv-edib
    OpenAI məntiq yürüdə bilən o3 və o3 mini adlı yeni süni zəka modellərini təqdim edib
    openai-mentiq-yurude-bile
    Videolarda insanları realistik şəkildə qocaldan və cavanlaşdıran süni zəka alqoritmi hazırlanıb (VİDEO)
    videolarda-insanlari-realistik-sekilde-qocaldan-ve-cavanlasdiran-suni-zeka-alqoritmi-hazirlanib-video
    Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
    suni-intellekt-15-milyard-illik-tekamulun-sirrini-ortaya-cixarib
    OpenAI yaxın zamanda o3 adlı yeni süni zəka sistemini anons edə bilər
    openai-yaxin-zamanda-o3-adli-yeni-suni-zeka-sistemini-anons-ede-biler