main-post-cover

    Gemini 3 süni intellekt yarışında öndədir

    Süni İntellekt
    25.11.2025
    Sevinc Miralizade
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google-un yeni nəsil modeli Gemini 3 süni intellekt dünyasında böyük səs-küy yaradıb və bir çox reytinq cədvəllərində liderliyə yüksəlib. Google bu modeli “yeni intellekt dövrü” adlandıraraq ilk gündən Google Axtarışa inteqrasiya edib. Şirkətin məlumatına görə, cəmi 24 saatda bir milyondan çox istifadəçi Gemini 3-ü sınayıb.
        Model müxtəlif testlərdə OpenAI və digər rəqibləri geridə qoyub. LMArena platformasında, yəni süni intellekt üçün “Billboard Hot 100” hesab edilən siyahıda zirvəyə yüksəlib. Platformanın həmtəsisçisi Wei-Lin Chiang bildirir ki, Gemini 3 Pro kodlaşdırma, məntiq, yaradıcılıq və vizual anlama testlərində aydın şəkildə üstünlük göstərir və bəzi hallarda Claude 4.5 və GPT-5.1 kimi güclü modelləri də geridə qoyur. Tanınmış CEO-lar, o cümlədən Sam Altman, Elon Musk və Salesforce rəhbəri Mark Benioff Gemini 3-ü açıq şəkildə tərifləyiblər. Benioff hətta bildirib ki, “üç ildir hər gün ChatGPT istifadə edirdim, amma Gemini 3-dən sonra geri qayıtmayacağam.”
        Texniki mütəxəssislər də modelin xüsusilə "reasoning" və nadir məlumatlara çıxış kimi sahələrdə gücləndiyini qeyd edirlər. Məsələn, ARC-AGI-2 məntiq testi üzrə Gemini 3 OpenAI-ın GPT-5 Pro modelindən iki dəfə yüksək nəticə göstərib və bunu daha ucuz başa gələn hesablama ilə edib. Bununla belə, bir çox mütəxəssisin fikrincə, lider cədvəlləri real dünyadakı performansın tam göstəricisi deyil. Kodlaşdırma mütəxəssisləri hələ də Claude-u üstün tutduqlarını deyirlər. Bəziləri isə Gemini 3-ün istifadəçi təlimatlarına həmişə dəqiq əməl etmədiyini bildirir.
        Hüquq, tibbi görüntüləmə və təhlükəsizlik kimi çox spesifik sahələrdə çalışan şirkətlər də bildirirlər ki, Gemini 3 güclü olsa da, real iş prosesində hələ bütün tapşırıqları əvəzləyəcək səviyyəyə çatmayıb. Məsələn, radiologiya sahəsində nadir xəstəlik və mikroskopik sınıqları müəyyən etməkdə çətinlik çəkib. Bəzi şirkətlər Gemini 3-ü sistemlərinə inteqrasiya etməyi araşdırsa da, tam keçid etməyə tələsmirlər. Çünki müxtəlif tapşırıqlar üçün hələ də müxtəlif modellərdən istifadə edilir: Claude kod yazmaq üçün, GPT-5 Pro dərin analizlər üçün daha effektiv sayılır.
        Mütəxəssislər bildirirlər ki, süni intellekt sahəsi artıq “aylıq sıçrayışlar dövrünə” keçib və hər model yalnız qısa müddət lider olur. Buna baxmayaraq, Gemini 3-ün hərtərəfli inkişafı Google üçün böyük addım kimi qiymətləndirilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Sam Altman: “Yeni AI cihazı həyatımıza sakitlik gətirəcək”
    sam-altman-yeni-ai-cihazi-heyatimiza-sakitlik-getirecek
    AWS ABŞ hökuməti üçün AI infrastrukturuna 50 milyard dollar yatırır
    aws-abs-hokumeti-ucun-ai-infrastrukturuna-50-milyard-dollar-yatirir
    Google Gmail ilə bağlı AI məxfilik qalmaqalına aydınlıq gətirib
    google-gmail-ile-bagli-ai-mexfilik-qalmaqalina-aydinliq-getirib
    Nano Banana Google Messages-ə gəlir
    nano-banana-google-messages-e-gelir
    ChatGPT-də qrup söhbətləri hər kəs üçün istifadəyə verildi
    chatgpt-de-qrup-sohbetleri-her-kes-ucun-istifadeye-verildi