main-post-cover

    Google Gemini 3-ü təqdim edib

    Süni İntellekt
    19.11.2025
    Sevinc Miralizade
    Google ilk dəfə olaraq özünün ən güclü modeli olan Gemini 3 Pro-nu təqdimatın ilk günündən etibarən birbaşa Gemini tətbiqində hər kəs üçün əlçatan edib. Model həmçinin axtarış sistemində də Google AI Pro və Ultra abunəçilərinə təqdim olunur. Google DeepMind məhsul rəhbəri Tulsee Doshi deyir ki, yeni model şirkəti “məlumatı universal şəkildə əlçatan və faydalı etmək” məqsədinə daha da yaxınlaşdırır.
    Tam multimodal model: mətn, şəkil və səsi eyni anda emal edir
    Gemini 3 Pro “nativ multimodal” modeldir. Yəni mətn, şəkil və audio məlumatını bir-birindən ayrı yox, eyni anda emal edir. Google-un verdiyi nümunələr arasında:
    • resept şəkillərini tərcümə edib onlardan rəqəmsal kulinariya kitabı yaratmaq,
    • video dərsliklər əsasında interaktiv fləşkartlar hazırlamaq kimi imkanlar var.
    Yeni model Google məhsullarında bir sıra yeniliklər gətirir:
    • Gemini tətbiqində Canvas vasitəsilə “tam funksional” proqramlar yaratmaq,
    • Gemini Labs-da sınaqdan keçirilən “generativ interfeyslər”: vizuallarla zəngin jurnal üslublu səhifələr və ya xüsusi dizaynlı UI-lar yaratmaq,
    • AI Mode (AI dəstəkli Google Search) vasitəsilə sorğular üçün şəkillər, cədvəllər, simulyasiyalar və grid-lərlə vizual cavablar təqdim etmək.
    Google ayrıca bildirir ki, sorğuların axtarış hissəsini optimallaşdıran “query fan-out” texnikası təkmilləşdirilib və artıq istifadəçinin niyyətini daha dəqiq anlayaraq əvvəllər tapılmayan məzmunu belə aşkarlaya bilir.
    Yeni modeldə eyni zamanda:
    • uzunmüddətli planlama,
    • çoxaddımlı tapşırıqların yerinə yetirilməsi,
    • məntiqi təhlil kimi bacarıqlar xeyli gücləndirilib.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni intellekt əsaslı axtarış sistemləri məşhur olmayan mənbələrə daha çox üstünlük verirlər
    suni-intellekt-esasli-axtaris-sistemleri-meshur-olmayan-menbelere-daha-cox-ustunluk-verirler
    Android təhlükəli tətbiqləri daha yaxşı təyin edəcək
    android-tehlukeli-tetbiqleri-daha-yaxsi-teyin-edecek
    Google Photos istifadəçi fotolarını memlərə çevirə biləcək
    google-photos-istifadeci-fotolarini-memlere-cevire-bilecek
    Google Gemini foto redaktəsi sahəsində Adobe-un həlləri ilə rəqabət aparır
    google-gemini-foto-redaktesi-sahesinde-adobe-un-helleri-ile-reqabet-aparir
    Google hesabını artıq dostlar və ya ailə üzvləri vasitəsilə bərpa etmək mümkündür
    google-hesabini-artiq-dostlar-ve-ya-aile-uzvleri-vasitesile-berpa-etmek-mumkundur