
Google Gemini riyaziyyat olimpiadasında qızıl medal əldə edib
Süni İntellekt
22.07.2025
Emil Nəcəfov
May ayında keçirilmiş I/O 2025 konfransında Google öz qabaqcıl neyron şəbəkəsi olan Gemini üçün Deep Think (dərin düşüncə) rejimini təqdim etmişdi. Bu rejim hələ geniş istifadəçi kütləsi üçün əlçatan olmasa da, süni intellekt modeli onun köməyi ilə Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) qızıl medal səviyyəsində nəticə əldə etməyə müvəffəq olub. Beynəlxalq Riyaziyyat Olimpiadası 1959-cu ildən bəri hər il keçirilən və gənc riyaziyyatçılar üçün ən nüfuzlu yarışlardan biri sayılır.

Bu tədbirdə iştirak edən hər bir ölkə məktəb yaşında olan 6 ən güclü riyaziyyatçı ilə təmsil olunur. Onlar cəbr, kombinatorika, həndəsə və ədəd nəzəriyyəsi üzrə son dərəcə mürəkkəb 6 məsələni həll etmək üzrə yarışırlar. Qızıl medallar ümumi iştirakçıların təxminən 8%-nə - ən yaxşı nəticə göstərənlərə verilir. Ötən həftə IMO 2025 keçirilmişdi. İndi isə Google elan edib ki, Gemini Deep Think-in təkmilləşdirilmiş versiyası IMO-da 6 məsələdən 5-ni həll edərək ümumilikdə 35 bal toplayıb və qızıl medal səviyyəsində nəticə əldə edib.

Bununla yanaşı, Google süni intellekt alqoritminin olimpiadada istifadə etdiyi həll yolunu da dərc edib. “Deep Think-in məntiqi imkanlarından maksimum faydalanmaq üçün biz Gemini-nin bu versiyasını yeni möhkəmləndirici öyrənmə metodları ilə əlavə olaraq təlim etdik. Bu metodlar çoxmərhələli düşünmə, problem həlli və teorem isbatı üçün daha çox məlumatın istifadəsinə imkan verir. Biz həmçinin Gemini-yə xüsusi seçilmiş riyazi məsələ həlləri toplusuna çıxış verdik və təlimatlara IMO məsələlərinin necə həll olunmalı olduğuna dair ümumi istiqamətlər əlavə etdik” - deyə Google-un açıqlamasında bildirilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Autizmli şəxs ChatGPT-yə görə iki dəfə xəstəxanalıq olub

Autizmli şəxs ChatGPT-yə görə iki dəfə xəstəxanalıq olub
30 yaşlı İT mütəxəssisi Jacob Irwin, autizm spektr pozuntusundan əziyyət çəkməsinə baxmayaraq, əvvəllər heç bir psixi diaqnoz almamışdı. Lakin o, ChatGPT ilə ünsiyyətdən sonra iki dəfə maniakal epizodlarla xəstəxanaya düşüb.
OpenAI süni intellekti riyaziyyat olimpiadasında qızıl medal əldə edib

OpenAI süni intellekti riyaziyyat olimpiadasında qızıl medal əldə edib
OpenAI-nin təcrübi süni intellekt modeli Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) qızıl medal səviyyəsinə çatıb. O, 6 məsələdən 5-ni həll edərək mümkün 42 baldan 35-ni toplayıb.
Süni intellekt 10 saatlıq kodlaşdırma marafonunda real proqramçıya uduzub.

Süni intellekt 10 saatlıq kodlaşdırma marafonunda real proqramçıya uduzub.
Polyak proqramçı Przemysław Debiak, yəqin ki, süni intellekti kod yazmaqda məğlub edə bilmiş peşə sahibləri arasında sonuncularından biridir. OpenAI tərəfindən hazırlanmış qabaqcıl süni intellekt modeli ikinci yeri tutsa da, 10 saatlıq marafon çempionu tam tükəndirmişdi.
Netflix öz serialında süni intellektdən istifadəni etiraf edib

Netflix öz serialında süni intellektdən istifadəni etiraf edib
Netflix bəyan edib ki, öz orijinal seriallarından birində vizual effektlərin yaradılması zamanı generativ süni intellektdən istifadə olunub.
Britaniyalılar süni zəkaya skeptik yanaşırlar

Britaniyalılar süni zəkaya skeptik yanaşırlar
ServiceNow şirkətinin araşdırması göstərib ki, süni zəkaya münasibət birmənalı deyil və Birləşmiş Krallıq bu texnologiyaya qarşı ən az həssaslıq göstərən ölkələrdən biridir.
Həftənin xəbərləri

