Google şirkəti Gemini 1.5 Flash adlı yeni süni zəka modelini təqdim edib
Süni İntellekt
15.05.2024
Emil Nəcəfov
Google şirkəti özünün Gemini adlı süni zəka modelləri portfoliosunu genişləndirməyə davam edir. Belə ki, şirkət Google I/O 2024 konfransı çərçivəsində öz yeni süni zəka modelini təqdim edib. Söhbət, Gemini 1.5 Flash adlı süni zəka modelindən gedir. Bu yeni süni zəka modeli yüksək sürət tələb edən tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulub. Gemini 1.5 Flash məlumatları heç bir gecikmə olmadan yüksək sürətlə emal etməyi bacarır.
Google Labs-ın prezidenti Josh Woodward-ın sözlərinə əsasən Gemini 1.5 Flash aşağı göstəricidə gecikmələri tələb edən spesifik tapşırıqların yerinə yetirilməsinə istiqamətlənib. Bu süni zəka modeli mətn, foto və videoları yüksək sürətlə emal etmə bacarığına sahib olduğuna görə o, real zaman ərzində birbaşa cavabların təqdim edilməsini tələb edən tətbiqlər üçün ideal həll rolunda çıxış edir. Bu süni zəka modeli istifadəçilər və ya müştərilərlə ünsiyyətə hədəflənmiş tətbiqlərdə və ya çox sürətli şəkildə sadə fotoların tərtibatında istifadə edilə bilər. Gemini 1.5 Flash-ı yaxın zamanda Google AI Studio və ya Gemini API vasitəsilə istifadə etmək mümkün olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google foto tərtibatı üçün Imagen 3 adlı ən güclü süni zəka sistemini təqdim edib
Google foto tərtibatı üçün Imagen 3 adlı ən güclü süni zəka sistemini təqdim edib
Google şirkəti hal-hazırda keçirilən Google I/O 2024 konfransı çərçivəsində özünün fotoların tərtibatı üçün nəzərdə tutulmuş ən güclü süni zəka sistemini təqdim edib.
Google Gemini ilə daha dərin nitq ünsiyyətini təmin edən Gemini Live funksiyası təqdim edilib (VİDEO)
Google Gemini ilə daha dərin nitq ünsiyyətini təmin edən Gemini Live funksiyası təqdim edilib (VİDEO)
Google şirkəti Google I/O 2024 konfransı çərçivəsində özünün Gemini adlı süni zəka əsaslı çat-botu üçün nəzərdə tutulmuş yeni imkanı təqdim edib. Söhbət, Gemini Live adlı funksiyadan gedir.
Google şirkəti Veo adlı video tərtibatı alqoritmini təqdim edib (VİDEO)
Google şirkəti Veo adlı video tərtibatı alqoritmini təqdim edib (VİDEO)
Google şirkəti OpenAI tərəfindən 3 ay bundan öncə təqdim edilmiş Sora adlı neyron şəbəkəsinin Google I/O 2024 konfransı çərçivəsində rəqibini təqdim edib.
"GPT-4o"nun heyrətamiz xüsusiyyəti OpenAI-dan əvvəl Google tərəfindən nümayiş etdirilib!
"GPT-4o"nun heyrətamiz xüsusiyyəti OpenAI-dan əvvəl Google tərəfindən nümayiş etdirilib!
Google, rəsmi X hesabında paylaşım edərək Gemini ilə bağlı yeni xüsusiyyətini göstərib. Bu xüsusiyyətin "GPT-4o"da da mövcud olması izləyiclərin diqqətdən yayınmayıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, Google sözügedən xüsusiyyəti "GPT-4o"un təqdimatından bir neçə dəqiqə əvvəl paylaşıb.
Google Pixel 9 smartfonlarının real fotoları təqdim edilib
Google Pixel 9 smartfonlarının real fotoları təqdim edilib
Google şirkəti bu ilin ikinci yarısında Pixel 9 smartfon seriyasını təqdim edəcək. Bir neçə müddət bundan öncə ortaya çıxmış məlumatlarda qeyd edilmişdi ki, Google bu il təqdim olunacaq Pixel 9 smartfon seriyasında 3 modeli sərgiləyəcək.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ