GPT-4-ün təlimatlandırılmasında YouTube videolarından istifadə edilib
Süni İntellekt
08.04.2024
Farid Pardashunas
OpenAI şirkəti YouTube-dakı milyonlarla saat müxtəlif videoların deşifrələnməsi üçün mətnin transkripsiyası alqoritmi olan Whisper-dən istifadə edib. Şirkət YouTube videolarını özünün GPT-4 böyük dil modelinin təlimatlandırılmasında istifadə edib. The New York Times-ın vermiş olduğu məlumata əsasən öz böyük dil modelinin təlimatlandırılması üçün lazımi keyfiyyətli məlumatlar OpenAI-da hələ 2021-ci ildə tükənib. Problemi həll etmək üçün şirkət Whisper adlı alqoritmi hazırlayıb.
Bu alqoritm videoların, podkastların və audio kitabların deşifrələnməsi üçün nəzərdə tutulub. Məlumatda qeyd edilib ki, GPT-4-ün təlimatlandırılmasında istifadə edilmiş YouTube videolarının seçilməsi və yığılmasında şirkətin prezidenti Greg Brockman şəxsən iştirak edib. YouTube platformasının sahibi olan Google bildirib ki, razılaşdırılmamış şəkildə platformadan kontentlərin yığılması və yüklənməsi qəti qadağandır. Google təmsilçisi bildirib ki, öncədən hər hansısa razılaşma olmadan məlumatların bu üsul ilə istifadəsinin qarşısını almaq üçün texniki və hüquqi tədbirlər şirkət tərəfindən görülür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Sora neyron şəbəkəsi öz ilk klipini tərtib edib (VİDEO)
Sora neyron şəbəkəsi öz ilk klipini tərtib edib (VİDEO)
OpenAI şirkətinin YouTube kanalında maraqlı bir video təqdim edilib.
Heç bir SMS təsdiqə və hesaba sahib olmadan ChatGPT-dən istifadə etmək mümkün olacaq
Heç bir SMS təsdiqə və hesaba sahib olmadan ChatGPT-dən istifadə etmək mümkün olacaq
Hələ bir neçə müddət bundan öncəyə kimi ChatGPT-dən istifadə etmək üçün OpenAI hesabı açmaq lazım idi. İndi isə şirkət öz məşhur çat-botundan daha sadə şəkildə faydalanmağın yolunu elan edib.
GPT-5-in təlimatlandırılması mövzusunda məlumat çatışmazlığı problemi yaşanır
GPT-5-in təlimatlandırılması mövzusunda məlumat çatışmazlığı problemi yaşanır
Yaxın zamanda neyron şəbəkələrinin sürətli inkişaf tempinin ləngimə ehtimalı var. The Wall Street Journal-ın hesabatına əsasən böyük dil modellərinin təkmilləşdirilməsi üçün OpenAI və Google kimi şirkətlərə böyük həcmli məlumatlar lazımdır.
OpenAI istənilən şəxsin səsini klonlaşdıran yeni texnologiyasını anons edib
OpenAI istənilən şəxsin səsini klonlaşdıran yeni texnologiyasını anons edib
OpenAI şirkəti yeni innovasiyalı texnologiyasını təqdim edib. Şirkətin yeni texnologiyası Voice Engine adlanır.
Microsoft və OpenAI birgə 100 milyard dollar dəyərində superkompüter hazırlayacaqlar
Microsoft və OpenAI birgə 100 milyard dollar dəyərində superkompüter hazırlayacaqlar
Microsoft və OpenAI şirkətləri öz aralarında olan sıx əməkdaşlığı davam etdirirlər.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!