main-post-cover

    GPT-5 Bakıda keçirilmiş proqramlaşdırma çempionatında bütün iştirakçıları geridə qoyub

    Süni İntellekt
    18.09.2025
    Emil Nəcəfov
         OpenAI-nin süni intellekti Bakıda keçirilmiş ICPC 2025 Beynəlxalq Tələbə Proqramlaşdırma Çempionatının finalında bütün 12 tapşırığı həll edərək həm tələbə komandalarını, həm də Google DeepMind tərəfindən hazırlanmış Gemini 2.5 modelini üstələyib. OpenAI bildirib ki, onun sistemi tapşırıqları insan iştirakçılarla eyni şəraitdə, heç bir üstünlüyə malik olmadan həll edib. Tapşırıqlar standart PDF formatında təqdim olunub, həll üçün 5 saat vaxt ayrılıb. Cavablar isə bütün işləri eyni meyarlarla qiymətləndirən ICPC-nin rəsmi hakimlərinə göndərilib. OpenAI-nin “iştirakçısı” 2 modeldən ibarət olub - GPT-5 və digər təcrübi sistem. GPT-5 11 tapşırığın öhdəsindən uğurla gəlib, ən çətin sonuncunu isə təcrübi model 9-cu cəhddən sonra həll edib.
         OpenAI-nin birləşdirilmiş sistemi yarışda iştirak edən DeepMind nəticəsini də üstələyib. Google-un modeli isə cəmi 10 tapşırığı həll edə bilib. Eyni zamanda nə OpenAI, nə də DeepMind turnirdə rəsmi olaraq iştirak etmədiyindən bütün mükafat yerləri insan iştirakçılara verilib. Maraqlıdır ki, yalnız OpenAI və Google-un süni intellekt modelləri heç bir insan komandasının həll edə bilmədiyi tapşırığı (Problem C) yerinə yetirə bilib. OpenAI vurğulayır ki, onun modeli xüsusi olaraq yarışlarda iştirak üçün öyrədilməyib, həllər məntiqi nəticə çıxarma və analiz üzrə ümumi yanaşma çərçivəsində yaradılıb. Bundan əvvəl həmin modellər Beynəlxalq Riyaziyyat OlimpiadasındaBeynəlxalq İnformatika Olimpiadasında da yüksək nəticələr göstərmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Milyonlarla insan dini məsləhətlər və söhbətlər üçün çat-botlara müraciət edir
    milyonlarla-insan-dini-meslehetler-ve-sohbetler-ucun-cat-botlara-muraciet-edir
    OpenAI süni intellektin nəyə görə həmişə hallüsinasiya yaşayacağını açıqlayıb
    openai-chatgpt-nin-neye-gore-hemise-hallusinasiya-yasayacagini-aciqlayib
    Süni intellekt tərtibatçıları süni intellekt səbəbilə ixtisar olunurlar
    suni-intellekt-tertibatcilari-suni-intellekt-sebebile-ixtisar-olunurlar
    ChatGPT-nin uşaqlar üçün versiyası hazırlanır
    chatgpt-nin-usaqlar-ucun-versiyasi-hazirlanir
    Süni intellekt görmə qabiliyyətinin itirilməsini illər öncədən təyin edir
    suni-intellekt-gorme-qabiliyyetinin-itirilmesini-iller-onceden-teyin-edir