main-post-cover

    İT şirkətlərin rəhbərləri investorlarla görüş üçün artıq süni zəka avatarlardan istifadə etməyə başlayıblar (VİDEO)

    Süni İntellekt
    23.05.2025
    Emil Nəcəfov
         Texnologiya şirkətləri olan Zoom Klarna-nın rəhbərləri yalnız bəzi əməkdaşlarını süni zəka agentləri ilə əvəz etməklə kifayətlənməyib, eyni zamanda özlərini də əvəz ediblər. Onlar investorlar qarşısında maliyyə hesabatları zamanı süni zəka ilə yaradılmış avatarlarından uğurla istifadə ediblər. Klarna şirkəti 2025-ci ilin birinci rübünün maliyyə nəticələrinə həsr olunmuş 83 saniyəlik videoda baş icraçı direktoru və həmtəsisçisi Sebastian Siemiatkowski-nin virtual versiyasını təqdim edib.
         Ekranda Siemiatkowski-ni təmsil edən fiqur videoya belə başlayır: “Bu mənəm, daha doğrusu, mənim süni zəka avatarım”. Bu, Klarna rəhbərinin süni zəka tərəfindən yaradılmış “rəqəmsal əkiz”lə əvəz olunduğu ilk hal deyil. Klarna şirkəti süni zəkanı biznesində geniş şəkildə tətbiq edir və bu səbəbdən artıq bəzi əməkdaşlarını ixtisar edib. Zoom şirkətinin baş icraçı direktoru Eric Yuan da şirkətin gəlir hesabatı üçün süni zəka ilə yaradılmış öz virtual versiyasından istifadə edib.
         Yuan-ın avatarı videoda belə deyib: “Bu gün mən Zoom Clips AI Companion ilə hazırladığımız fərdi avatarlarımızdan istifadə edərək, gəlir hesabatının mənə aid hissəsini təqdim edirəm. Mən gəlir hesabatında avatar istifadə edən ilk CEO-lardan biri olmaqdan qürur duyuram”. Yuan əlavə edib: “Süni zəka ilə yaradılmış avatarımı həqiqətən çox bəyənirəm. Fikrimcə, biz bu istifadəni davam etdirəcəyik. Deyə bilərəm ki, bu təcrübəni çox xoşlayıram”. Ümid qalır ki, bu süni zəka avatarları bu texnologiyanın qızğın tərəfdarlarını - itlə gəzintidən tutmuş bank ziyarətinə qədər - həyatlarının bütün digər sahələrində də tam əvəz etməyəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Anthropic-in Claude Opus 4 süni zəka modeli mühəndisləri şantaj edib
    anthropic-in-claude-opus-4-suni-zeka-modeli-muhe
    Süni zəka modelləri insanlara nisbətən daha az halüsinasiyalara məruz qalırlar
    suni-zeka-modelleri-insanlara-nisbeten-daha-az-halusinasiyalara-meruz-qalirlar
    Anthropic şirkəti Claude Opus 4 və Sonnet 4 süni zəka modellərini təqdim edib
    anthropic-sirketi-claude-opus-4-ve-sonnet-4-suni-zeka-modellerini-teqdim-edib
    Süni zəka əsaslı oyunlar: Elon Musk xAI Gaming-i təsis edib
    suni-zeka-esasli-oyunlar-elon-musk-xai-gaming-i-tesis-edib
    Sam Altman, OpenAI tərəfindən hazırlanan süni zəka əsaslı cihaz barəsində məlumat verib
    sam-altman-openai-terefinden-hazirlanan-suni-zeka-esasli-cihaz-baresinde-melumat-verib