main-post-cover

    Magnum yeni dondurma dadları üçün süni intellektdən istifadə edəcək

    Süni İntellekt
    24.09.2025
    Emil Nəcəfov
         Unilever-ə daxil olan və noyabr ayında birjada debüt etməyi planlaşdıran dondurma istehsalçısı Magnum öz fəaliyyətində Çili startapı NotCo tərəfindən hazırlanmış süni intellekt sistemindən istifadə etmək niyyətində olduğunu açıqlayıb. Bu sistem reseptlərin dəyişdirilməsinə və yeni məhsulların yaradılmasına kömək edəcək. NotCo-nun süni intellekt sistemi Magnum-a dondurmanın kalori tərkibini analiz etməkdə, bitki əsaslı yeni məhsullar yaratmaqda və xammal qiymətlərinin artdığı şəraitdə idarəetmədə dəstək olacaq. Bu barədə məlumatı Magnum Ice Cream Company-nin tədqiqat, inkişaf və innovasiyalar direktoru Zbigniew Lewicki təqdim edib.
         Onun sözlərinə görə, müasir istehlakçı özünü əyləndirmək istəyir, lakin eyni zamanda kiçik porsiyalar və ekoloji cəhətdən təmiz məhsullar axtarır. Magnum, hansı ki Ben & Jerry'sCornetto dondurma brendlərinə də sahibdir, məhsulların modernləşdirilməsində NotCo texnologiyalarından faydalanan ondan çox şirkətdən yalnız biridir, deyə texnologiya şirkətinin baş direktoru Matias Muchnick bildirib. Son bir neçə ildə şirkətin süni intellekt sistemlərindən bir neçə iri ərzaq istehsalçısı istifadə etməyə başlayıb. Onları istehlakçıların dəyişən zövqləri, sağlam həyat tərzinə can atma və xammal, o cümlədən kakao qiymətlərinin kəskin artması hərəkətə gətirir. NotCo texnologiyaları sintetik boyaların əvəzlənməsi, şəkər miqdarının azaldılması və Dubay şokoladı da daxil olmaqla yeni məşhur dadların yaradılması üçün istifadə olunur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İT nəhənglər özlərinə hansı səbəbə görə lazım olduğunu anlamadan süni intellekt milyardlarla dollar vəsait yatırırlar
    it-nehengler-ozlerine-hansi-sebebe-gore-lazim-oldugunu-anlamadan-suni-intellekt-milyardlarla-dollar-vesait-yatirirlar
    Tibbi süni intellekt qadınlarda diskriminasiyaya və rasizmə meyillidir
    tibbi-suni-intellekt-qadinlarda-diskriminasiyaya-ve-rasizme-meyillidir
    OpenAI süni intellekt modellərinin aldatma hallarını təyin edib
    openai-suni-intellekt-modellerinin-aldatma-hallari-ile-mubarizesini-tesvir-etdiyi-bir-arasdirmanin-neticelerini-derc-edib-sirketin-izahina-gore-bezen-suni-intellekt-mueyyen-sekilde-sethi-olaraq-davranir-amma-esl-meqsedlerini-gizledir-apollo-research
    DeepSeek R1 süni intellekt modelinin təlimi üçün sərf edilmiş məbləği açıqlayıb
    deepseek-r1-suni-intellekt-modelinin-telimi-ucun-serf-edilmis-meblegi-aciqlayib
    Süni intellekt əsaslı sualtı qayıqlara qarşı müdafiə sistemi sualtı qayıqların sağ qalma şansını 5%-ə endirir
    suni-intellekt-esasli-sualti-qayiqlara-qarsi-mudafie-sistemi-sualti-qayiqlarin-sag-qalmla-sansini-5-e-endirir