main-post-cover

    Meta dünyanın ən böyük süni intellekt klasterini inşa edir

    Süni İntellekt
    04.08.2025
    Emil Nəcəfov
         Süni intellekt sahəsində layihələr getdikcə daha geniş miqyas alır, texnoloji rəqabət isə daha sərt xarakter daşıyır. Meta bu sektorda qüvvələr balansını əhəmiyyətli dərəcədə dəyişə biləcək bir infrastrukturun qurulmasına investisiya qoymaq qərarına gəlib. Şirkət süni intellekt klasteri olan Prometheus adlı hesablama mərkəzinin tikintisinə başlayıb. Bu klasterin hesablanmış məhsuldarlığı 3.17 trilyon teraflopsdan çox olacaq. Bu göstərici həm Frontier superkompüterini, həm də OpenAI tərəfindən planlaşdırılan “Stargate” layihəsini üstələyir. Meta ilk giqavatlıq klasterin yerləşdirilməsini 2026-cı ilə qədər tamamlamağı planlaşdırır.
         Prometheus-un daha tez istifadəyə verilməsi üçün o, modul tipli konstruksiya ilə hazırlanacaq - bu, sürətli quraşdırma üçün nəzərdə tutulmuş müvəqqəti texnoloji “çadır”a bənzəyir. Aparat bazası olaraq Meta qabaqcıl NVIDIA klasterlərini - GB200 GB300 modellərini seçib və bu avadanlıqlardan təxminən 500 000 ədədə qədər tələb oluna bilər. Belə texnologiyanın yüksək qiymətinə baxmayaraq, şirkətin böyük ehtimalla uzunmüddətli lizinq müqavilələri imzalayacağı gözlənilir. Prometheus klasterinin fasiləsiz işləməsini təmin etmək üçün Meta ümumi gücü 200 meqavatadək olan təbii qazla işləyən öz elektrik stansiyalarını tikir.
         Bu yanaşma şirkətə xarici enerji mənbələrindən asılılığı azaltmaq və yüksək yüklənmə zamanı sabitliyi qorumaq imkanı verəcək. Prometheus-un yerləşdirilmə sürəti baxımından Meta rəqiblərini xeyli qabaqlayır: məsələn, Frontier superkompüterinin istifadəyə verilməsi təxminən 3 il çəkmişdi, lakin Meta-nın klasteri 12-15 ay ərzində tam gücə çatmalıdır. Prometheus-dan əlavə, şirkət daha böyük miqyaslı yeni layihəni də planlaşdırır. Söhbət, 2 giqavat gücündə Hyperion klasterindən gedir. Meta süni intellekt sahəsində investisiyalarını sürətlə artırır və bu istiqamətdə uzunmüddətli iddialı planlarını nümayiş etdirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni intellekti arzuolunmaz hərəkətlərə meylli hala gətirə bilən amillər araşdırılıb
    suni-intellekti-arzuolunmaz-hereketlere-meylli-hala-getire-bilen-amiller-arasdirilib
    Google Gemini 2.5 Deep Think süni intellekt modeli istifadəyə verilib
    google-gemini-25-deep-think-suni-intellekt-modeli-istifadeye-verilib
    Aparıcı İT şirkətlər süni intellektə yönəltdikləri böyük investisiyaların artıq gəlir gətirməyə başladığını göstəriblər
    aparici-it-sirketler-suni-intellekte-yoneltdikleri-boyuk-investisiyalarin-artiq-gelir-getirmeye-basladigini-gosteribler
    İtaliya hökuməti tibbi məlumatların süni intellekt vasitəsilə təhlilindən narahatdır
    italiya-hokumeti-tibbi-melumatlarin-suni-intellekt-vasitesile-tehlilinden-narahatdir
    Mark Zuckerberg şəxsi superintellekt üzərində çalışdığını anons edib
    mark-zuckerberg-sexsi-superintellekt-uzerinde-calisdigini-anons-edib