main-post-cover

    Microsoft məntiq yürüdə biləcək fərdi süni zəka sistemi üzərində çalışır

    Süni İntellekt
    10.03.2025
    Emil Nəcəfov
         Microsoft, öz böyük dil modellərini yaradıb və proqram nəhənginin fikrincə, bu modellər sənaye liderlərinin, o cümlədən OpenAI-nin analoqları ilə rəqabət apara bilər. Bu barədə Bloomberg öz mənbələrinə istinadən məlumat verib. Microsoft tərəfindən yaradılan süni zəka modelləri yaxın zamanda test edilib və nəticədə onların OpenAI və Anthropic kimi ən müasir analoqlarla rəqabət apara biləcəyi təsdiqlənib. Mövcud məlumata görə, ümumi adı MAI olan Microsoft-un süni zəka alqoritmləri müxtəlif tapşırıqları yerinə yetirə bilər, o cümlədən Copilot brendi altında süni zəka köməkçi elementlərinin işləməsini təmin edə bilər.
         Mənbənin bildirdiyinə görə, Microsoft mürəkkəb sorğularla işləyə və müxtəlif tapşırıqları yerinə yetirə bilən “məntiq yürüdən” süni zəka modelinin hazırlanması üzərində çalışır. OpenAI, Anthropic və Google kimi digər şirkətlər də oxşar “məntiq yürüdən” süni zəka modellərini inkişaf etdirirlər. Keçən ay Microsoft, Copilot məhsullarında OpenAI-nin o1 adlı “məntiq yürüdən” modelini istifadə etməyə başlayıb. Microsoft-un öz süni zəka modelləri gələcəkdə şirkətin OpenAI alqoritmlərindən asılılığını azalda bilər. Qeyd edək ki, Microsoft ChatGPT-nin tərtibatçısına təxminən 13 milyard dollar investisiya yatırıb.
         Yaxın zamanda şirkətlər öz razılaşmalarını yenidən nəzərdən keçiriblər və ilin əvvəlində elan ediblər ki, OpenAI, Microsoft-un bu sahə ilə müstəqil şəkildə məşğul olmaq istəmədiyi təqdirdə, öz xidmətləri üçün digər şirkətlərin bulud platformalarından istifadə edə biləcək. OpenAI və Microsoft arasındakı hazırkı razılaşma 2030-cu ilə qədər qüvvədədir. Microsoft artıq müştərilərinə Phi adlı kiçik süni zəka modelləri və digər şirkətlərin alqoritmlərini təklif edir. Mənbənin məlumatına görə, şirkət müxtəlif tərtibatçıların, o cümlədən Anthropic, DeepSeek, Meta Platforms xAI alqoritmlərinin Copilot üçün əsas kimi necə işlədiyini test edib.
    Mənbə: Bloomberg
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Hakerlər pirat saytlar vasitəsilə milyonlarla kompüteri virusla yoluxdurublar
    hakerler-pirat-saytlar-vasitesile-milyonlarla-komputeri-virusla-yoluxdurublar
    Yalnız süni zəka ilə yaradılmış rəsm əsərlərinin ilk onlayn hərracı keçirilib
    yalniz-suni-zeka-ile-yaradilmis-resm-eserlerinin-ilk-onlayn-herraci-kecirilib
    OpenAI yüksək qiymətə elmlər namizədi səviyyəsində süni zəka agentlərini istifadəyə verməyə hazırlaşır
    openai-yuksek-qiymete-elmler-namizedi-seviyyesinde-suni-zeka-agentlerini-istifadeye-vermeye-hazirlasir
    Alibaba məntiqi düşünməyə sahib süni zəka modelini təqdim edib
    alibaba-mentiqi-dusunmeye-sahib-suni-zeka-modelini-teqdim-edib
    Ənənəvi saytlar süni zəka əsaslı çat-botlar və agentlər səbəbilə istifadəçi kütləsini itirilər
    enenevi-saytlar-suni-zeka-esasli-cat-botlar-ve-agentler-sebebile-istifadeci-kutlesini-itiriler