Microsoft, səsinizi təqlid edərək zənglərə cavab verən süni intellekt üzərində işləyir!
Süni İntellekt
23.05.2024
Farid Pardashunas
Truecaller və Microsoft-un birgə əməkdaşlığı ilə hazırlanmış süni intellekt köməkçisi, səsinizi təqlid edəcək və zəng gələn zaman sizin əvəzinizə cavab verə biləcək.
Bu süni intellekt tərəfindən dəstəklənən xüsusiyyət, Microsoft-un Azure AI Speech texnologiyası ilə mümkün olub. Truecaller istifadəçiləri, proqram vasitəsilə qısa səs yazaraq əsl səsinizə bənzəyən rəqəmsal səs nüsxələrini yarada biləcəklər. Beləliklə, zəng gələn zaman süni intellektlə işləyən köməkçi, qarşıdakı şəxsə səsinizlə cavab verə biləcək. Məsələn, siz məşğul olduğunuz zaman telefonunuza zəng gəlir və siz ona cavab verə bilmirsiniz. Bu zaman Truecaller köməkçisi hərəkətə keçir və "Hey Truecaller, bu zəngə cavab ver!" dediyiniz zaman isə zəng edən şəxsi salamlayır. Bu xüsusiyyət, qarşıdakı şəxsi salamlamaqla yanaşı, səsinizlə daha mürəkkəb cavablar da yarada bilir.
Bundan əlavə, köməkçi, həm zəngləri yaza, həm də sizə səsli mesajlar göndərə bilir. Truecaller-in süni intellektlə işləyən xüsusiyyəti təkcə zənglərə cavab verməklə məhdudlaşmır. Microsoft-un Personal Voice texnologiyası sayəsində köməkçiniz səsinizi tanıya və sizin üçün fərdiləşdirilmiş cavablar yarada biləcək. Məsələn, restoran rezervasiyası edərkən və ya müştəri xidməti nümayəndəsi ilə danışarkən köməkçiniz səsinizdən istifadə edə bilər. Bu xüsusiyyət müxtəlif proqramlarla da birləşdirilə bilər. Məsələn, mesajlaşma proqramlarında və ya sosial media platformalarında köməkçiniz səsinizlə cavablar tərtib edə bilər. Bu o deməkdir ki, siz rəqəmsal dünyada tamamilə sizə xas olan səslə mövcud ola bilərsiniz.
Süni intellektlə işləyən zənglərin cavablandırılması funksiyası yaxın həftələrdə ABŞ, Kanada, Avstraliya, Cənubi Afrika, Hindistan, İsveç və Çilidəki istifadəçilər üçün əlçatan olacaq. İlk olaraq ictimai beta istifadəçiləri üçün əlçatan olacaq xüsusiyyət, daha sonra uyğun bazarlardakı bütün istifadəçilərə təqdim ediləcək. Truecaller və Microsoft arasındakı bu əməkdaşlıq telefon istifadənizdə inqilabi dəyişikliyə səbəb ola bilər. Diqqət yetirsəniz, texnologiya indi toxunmadan hər şeyi edə bildiyimiz istiqamətə doğru inkişaf edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google, süni intellekt dəstəkli reklamlar göstərməyə başlayıb!
Google, süni intellekt dəstəkli reklamlar göstərməyə başlayıb!
Google, yeni süni intellektlə dəstəklənən reklam göstərmə xüsusiyyəti ilə axtarış nəticələrinizdə müvafiq reklamlar yerləşdirməyə başlayıb.
Paint-də fotoların süni zəka vasitəsilə tərtibatı funksiyası hamı üçün istifadəyə verilib
Paint-də fotoların süni zəka vasitəsilə tərtibatı funksiyası hamı üçün istifadəyə verilib
Microsoft şirkəti Windows əməliyyat sisteminin məşhur qrafik redaktoru olan Paint-ə mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi imkanını əlavə edib.
Edge brauzeri videoların real zaman ərzində tərcüməsi funksiyasını əldə edib (VİDEO)
Edge brauzeri videoların real zaman ərzində tərcüməsi funksiyasını əldə edib (VİDEO)
Microsoft şirkəti yenilənmiş Edge brauzerini təqdim edib. Yenilənmiş Edge brauzeri süni zəka əsasında çalışan çox faydalı yeni funksiyanı əldə edib.
Google-nin sözlərinə görə, Microsoft, müştərilərini kiberhücumlara qarşı qoruya bilmir!
Google-nin sözlərinə görə, Microsoft, müştərilərini kiberhücumlara qarşı qoruya bilmir!
Google, öz hesabatında Microsoft-un təhlükəsizlik zəifliklərinə toxunub. Axtarış nəhəngi Google, Microsoft-un müştərilərini kiberhücumlardan qoruya bilmədiyini bildirib.
Windows XP-ni nəyə görə 2024-cü ildə istifadə etmək lazım deyil? (VİDEO)
Windows XP-ni nəyə görə 2024-cü ildə istifadə etmək lazım deyil? (VİDEO)
Eric Parker adlı texnobloggerin öz YouTube kanalında təqdim etmiş olduğu maraqlı videoda Windows XP-nin zərərli proqram təminatlarından qorunma mövzusunda necə geridə qaldığı əks olunub.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!