main-post-cover

    Microsoft-un süni zəka sahəsində Google şirkətini geridə qoymaq səyləri barəsində keçmiş məktublar ortaya çıxıb

    Süni İntellekt
    03.05.2024
    Farid Pardashunas
         Microsoft-un ortaya çıxmış daxili elektron məktubları onun süni zəka sahəsində Google şirkətinə çatması istiqamətində daimi səylərini sərgiləyir. 2019-cu ilə təsadüf edən məktublardan birində Microsoft-un baş texnoloji direktoru Kevin Scott, şirkətin süni zəka sahəsində Google-dan geri qalması ilə bağlı narahatlığını qeyd edib. Öz məktubunda Scott etiraf edib ki, o, Google şirkətinin bu sahəyə olmuş investisiyalarını lazımi səviyyədə qiymətləndirməyib. Bununla yanaşı məktubda o, etiraf edib ki, Microsoft machine learning mövzusunda Google-dan bir neçə il geridə qalıb.
         Bu geriləmə Google şirkətinin özünün BERT adlı böyük dil modelini hazırlaması zamanı nəzərə çarpmışdı. Öz böyük dil modelinin şablonuna sahib olmasına baxmayaraq Microsoft infrastrukturunun məhdud olması böyük dil modelinin təlimatlandırılması prosesini yarım il ləngitmişdi. Google isə həmin vaxtda artıq BERT adlı böyük dil modelinin təlimatlandırılması prosesində idi. Bu cür üstünlük ona BERT-i təkmilləşdirməyə və daha böyük dil modellərinin hazırlanmasına imkan verdi.
         Scott-un sözlərinə əsasən Google şirkətinin bu sahədəki göstəriciləri 10% yüksəlmişdi. Bu səbəbdən də Microsoft 2019-cu ildə OpenAI şirkəti ilə əməkdaşlığa başladı və ona 1 milyard dollar investisiya yatırdı. Həmin vaxtdan Microsoft-un OpenAI ilə əməkdaşlığı daha da genişlənib və Microsoft-un bu şirkətə ümumi investisiya həcmi artıq 13 milyard dollar təşkil edir. Microsoft-un bu həcmdə investisiyaları onun süni zəka sahəsində dominant mövqelərə sahib olmaq istəməsini göstərir. Bu isə Google ilə rəqabətdə və öz texnoloji statusunun qorunub saxlanılmasında vacib faktordur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ABŞ rəsmisi "nüvə silahları süni intellektin nəzarətində olmamalıdır" deyə Çin və Rusiyaya xəbərdarlıq edib!
    abs-resmisi-nuve-silahlari-suni-intellektin-nezaretinde-olmamalidir-deye-cin-ve-rusiyaya-xeberdarliq-edib
    Rəssamlar əsərlərindən icazəsiz istifadə etdiyinə görə Google-u məhkəməyə veriblər!
    ressamlar-eserlerinden-icazesiz-istifade-etdiyine-gore-google-u-mehkemeye-veribler
    Windows 11-in bazar payı ikinci aydır ki, aşağı düşür
    windows-11-in-bazar-payi-ikinci-aydir-ki-asagi-dusur
    Google Search-ün Safari brauzerində istifadəsi səbəbilə Google Apple şirkətinə milyardlarla dollar vəsait ödəyib
    google-search-un-safari-brauzerinde-istifadesi-sebebile-google-apple-sirketine-milyardlarla-dollar-vesait-odeyib
    Google Photos-a çəkdiyiniz videonun keyfiyyətini bir kliklə artıra biləcəyiniz xüsusiyyət əlavə edilir!
    google-photos-a-cekdiyiniz-videonun-keyfiyyetini-bir-klikle-artira-bileceyiniz-xususiyyet-gelir