main-post-cover

    OpenAI 2028-ci ilə qədər süni intellekt tədqiqatçısını yaratmağı planlaşdırır

    Süni İntellekt
    04.11.2025
    Emil Nəcəfov
         OpenAI şirkəti dərin öyrənmə sistemlərinin sürətli inkişafı barədə bəyan edib. Şirkətin məlumatına görə, bu sistemlər 2026-cı ilin sentyabrına qədər tədqiqatçı-təcrübəçi səviyyəsində elmi araşdırma funksiyalarını yerinə yetirə biləcək, 2028-ci ilə qədər isə tamamilə müstəqil “süni intellekt tədqiqatçısı” səviyyəsinə çatmaq mümkündür. Bu barədə şirkətin baş direktoru Sam Altman açıqlama verib. Ambisiyalı vaxt çərçivəsi OpenAI-nin qeyri-kommersiya strukturundan “ictimai fayda şirkəti” (public benefit corporation) statusuna keçidini başa vurduğu gün elan edilib.
         Bu restrukturizasiya OpenAI-ni əvvəlki nizamnamə məhdudiyyətlərindən azad edir və kapital cəlb etmək üçün yeni imkanlar açır. Şirkətin baş elmi əməkdaşı Jakub Pachocki, həmçinin yayımda iştirak edərək, “süni intellekt tədqiqatçısı” anlayışının müstəqil şəkildə genişmiqyaslı elmi layihələri həyata keçirə bilən sistemi nəzərdə tutduğunu bildirib. O, əlavə edib ki, OpenAI-nin fikrincə, insanı intellekt baxımından bir çox kritik fəaliyyət sahələrində üstələyən superağıllı sistemlər dərin öyrənmə metodları ilə 10 ildən az bir müddətdə yaradıla bilər. Bu məqsədlərə çatmaq üçün OpenAI iki əsas istiqamətə üstünlük verəcək:
    - Birincisi - alqoritmik təkmilləşdirmələrin davam etdirilməsi
    - İkincisi - modelin ona verilmiş tapşırıq üzərində “düşünmək” üçün sərf etdiyi vaxt, yəni çıxış mərhələsindəki hesablama resurslarının kəskin şəkildə artırılması.
         Hazırda bu cür modellər təxminən 5 saatlıq iş çərçivəsində fəaliyyət göstərə bilir və nəticələri Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edən insanların göstəricilərinə bənzər olur. Lakin Pachocki-nin qeyd etdiyi kimi, bu imkanlar yaxın zamanda daha çox hesablama gücü hesabına sürətlə genişlənəcək. OpenAI süni intellekti elmi tədqiqatların - xüsusilə tibb, fizika və texnologiya inkişafı sahələrinin - sürətləndirilməsi üçün istifadə etməyi planlaşdırır.
        Məqsəd, insanlardan daha tez elmi kəşflər etmək və daha mürəkkəb problemləri həll etməkdir. Restrukturizasiya prosesi çərçivəsində elmi tərəqqiyə yönəlmiş OpenAI Foundation qeyri-kommersiya fondu kommersiya bölməsinin 26% səhm payını alacaq və tədqiqat istiqamətlərini müəyyən edəcək. Fond, həmçinin 25 milyard dollarlıq süni intellektin xəstəliklərin müalicəsində tətbiqinə yönəlmiş təşəbbüslərə rəhbərlik etməyi və süni intellekt təhlükəsizliyi sahəsində proqramları nəzarətdə saxlamağı öhdəsinə götürüb.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni intellekt əsaslı axtarış sistemləri məşhur olmayan mənbələrə daha çox üstünlük verirlər
    suni-intellekt-esasli-axtaris-sistemleri-meshur-olmayan-menbelere-daha-cox-ustunluk-verirler
    ChatGPT çətin vəziyyətlərdə insanları daha yaxşı başa düşür və dəstəkləyir
    chatgpt-cetin-veziyyetlerde-insanlari-daha-yaxsi-basa-dusur-ve-destekleyir
    100 minlərlə ChatGPT istifadəçisi hər həftə psixi pozğunluq əlamətləri sərgiləyir
    100-minlerle-chatgpt-istifadecisi-her-hefte-psixi-pozgunluq-elametleri-sergileyir
    Studiyalar film və seriallar üçün heyvan animasiyalarını süni intellekt ilə hazırlamağa başlayıblar
    studiyalar-film-ve-seriallar-ucun-heyvan-animasiyalarini-suni-intellekt-ile-hazirlamaga-baslayiblar
    İlk süni superintellekt öyrənmə qabiliyyətinə görə insanı geridə qoyacaq
    ilk-suni-superintellekt-oyrenme-qabiliyyetine-gore-insani-geride-qoyacaq